Risk
Tarix: 23.07.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


|

Nədənsə “risk” kəlməsini eşidən kimi Xalq şairi Fikrət Qocanın eyniadlı şeirini xatırlayıram. Bu şeir “risk” məfhumunun mahiyyətini müxtəlif aspektlərdən elə özünəməxsus şəkildə ifadə edir ki, müxalifətin hazırkı “siyasi” mübarizə sferasında bu kəlmənin öz rəngi, öz sifəti görünür.

Dilimi çevirirəm
O yan - bu yana, risk!
... Dilimizdə yoxdur.
Varsa hanı?
Yox, var buna bənzəri,
Bəzən deyirlər -
Ya apara, ya gətirə...

İndi seçki ərəfəsində Azərbaycan müxalifətinin namizəd məsələsi elə “ya apara, ya gətirə” dilemma - tapmacasına bənzəyir. R e j i s s o r - d r a m a t u r q Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “milli şura” və onun “qıl verənləri” hələ indi-indi ayılıblar ki, (Görüm ayılmasın gec ayılanlar - M.Araz) bu sənətkarın problemləri başdan aşır. Əgər bu, əməlli-başlı oyun deyildisə, məgər “milli şura” üzvləri və digər siyasətbazlar prezidentliyə s ə n ə t k a r namizədin malik olduğu “həqi-məşru”nun nələri əhatə etdiyini niyə əvvəlcədən yüz ölçüb-bir biçmirdilər?!
“Milli şura”nın heç də milli olmayan şousuna start veriləndən çox sonralar Müsavat Partiyasının rəhbəri İsa Qəmbər durub ərz eləyir ki, bəs Rüstəm İbrahimbəyovun ölkəyə qayıdışı “böyük risk”dir. Müxalifətin riskləri “yerində” dəyərləndirdiyini “mizan gözlü” xalq necə götür-qoy eləməsin! Müxalif qruplar 20 il bundan əvvəlki olsa da, xalq həmin xalq deyil. Ta insanlar nə yandıranı, nə də donduranı ağzına sarı aparmır...
Moskva və Vaşinqton karusellərindən yenicə enib gələn Eldar Namazov isə “inportnı” hava çalır. Moskvadakı görüşləri barədə ağzına su alan E.Namazov əslində özünü biabır edən bəyanatında görün nə deyir: “Vaşinqtonda söylədilər ki, ya Rüstəm İbrahimbəyov, ya da mən...”. Bunları deməklə insanları inandırmağa çalışır ki, Amerika cəmiyyətində onu və R.İbrahimbəyovu “olmazsa olmaz” kimi qəbul edirlər. Ancaq unudurlar ki, Qərbdə, xüsusilə də Amerikada plantasiyalarda təsəlli yetişdirirlər. O da böyüyüb məhsul verən kimi Azərbaycan müxalifətinə göndərəcəklər. E.Namazov Amerika imtahanının nəticələri kimi bunları da deməyi unutmur: “Vaşinqtonda bu günə kimi Azərbaycanla bağlı belə ciddi müzakirələr aparılmamışdı”. Bircə sual məni düşündürür, görəsən, Rusiya və Qərbə yaxınçılar “təsəlli fermerləri” ilə görüşlərində Azərbaycanın bir nömrəli problemi - Qarabağın işğalı faktı ilə bağlı hansısa çağırışda bulunublarmı?!
Uğur qazanmaq istəyən yalnız öz xalqından mədəd ummalıdır. Dəyərli oxucular, düşünün görək, namizəd olan kəs xalqla birlikdə olmalıdır, yoxsa Moskva-Vaşinqton arasında var-gəl etməlidir? Sadə bir misal çəkim: adam öz həyətində mer-meyvə tapmayanda gözü onun-bunun həyət-bacasında qalır. İndi “milli şura”da da vəziyyət belədir. Xalqın inamını, sevgisini qazana bilməyənlər təbii ki, dəstəyi, təsiri, səadəti xaricdə axtarmağa məcbur olurlar.
Onlar bilməlidirlər ki, dahi Cavid əfəndi demişkən, “soyuqqanlı Qərb alışmış göz süzə, ya dodaq büzə”!.. Bir də “milli şura”dakılar unutmamalıdır ki, xalqımız belə risklərə gedən deyil. Bu cür havaya artıq bizdə qol qaldırmırlar... Xalqın ancaq əməli işi ilə özünü təsdiqləmiş, millətinə güvənən İlham Əliyev kimi namizədi var.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info