“ABAD“ beynəlxalq simpozium təşkil edir
Tarix: 27.02.2019 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Cari ilin may ayının 20-dən iyunun 2-dək Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə “Təbiətdən Tarixə” adlı Beynəlxalq Simpozium keçiriləcək.
“ABAD”-dan verilən məlumata görə, tarix boyunca keramika insan məişəti ilə bağlı olub, onun estetik zövqü və dünyagörüşünü ifadə edir. Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim sobalar aşkar olunub.
Bu səbəbdən də Azərbaycanda təşkil olunan keramika üzrə ilk böyükmiqyaslı beynəlxalq simpoziumun məhz Şəkidə keçirilməsi təsadüfi deyil.
"ABAD" publik hüquqi şəxsin təşəbbüsü ilə təşkil olunan “Təbiətdən Tarixə” adlı Beynəlxalq Şəki Keramika Simpoziumun məqsədi müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, mədəni ənənələri gücləndirmək, Simpoziumun iştirakçıları və ziyarətçilərini keramika sənətinin müasir tendensiyaları ilə tanış etməkdir. Simpoziumda xarici sənətkar-keramistlərin iştirakı nəzərdə tutulub. İştirakçılar www.ceramicsymposium.org saytında qeydiyyatdan keçmiş şəxslər arasından seçiləcək. İki həftə davam edəcək Simpoziumun sonunda iştirakçılarının keramika əsərlərindən ibarət kolleksiya yaradılacaq. Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 2018-ci ilin oktyabr ayının 29-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə baş tutub.
Qeyd edək ki,“Təbiətdən Tarixə” Simpoziumu burada təşkil olunan ilk beynəlxalq tədbirdir.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info