Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi ilə bağlı qanun layihəsi təkmilləşdirilir
Tarix: 28.02.2019 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Minimum əməkhaqqının artımı ilə əlaqədar aylıq vəzifə maaşları artırılaraq tənzimlənəcək


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Sərəncamı ilə ayrı-ayrı dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla yaradılmış Əməyin ödənişi və dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması üzrə İşçi qrupun iclası olub. İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə martın 1-dən minimum aylıq əmək haqqının məbləğinin yaşayış minimumu səviyyəsinə (180 manat) çatdırılması mühüm sosial müdafiə tədbiridir. Minimum əməkhaqqının artımı ilə əlaqədar aylıq tarif (vəzifə) maaşları da artırılaraq tənzimlənməlidir.
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsindən bəhs edən M.Kərimli diqqətə çatdırıb ki, bu layihə dövlət qulluqçularının əməyinin ödəniş sisteminin yeni yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun dövlət qulluğunun xüsusi növü istisna olunmaqla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının əməyinin ödənilməsinin qaydalarını, şərtlərini və məbləğlərini müəyyən edəcək. Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi ilə bağlı layihə hazırda rəy və təkliflər əsasında təkmilləşdirilir. Sonra “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsinin məqsədi, əhatə dairəsi, əməyin ödənilməsi sisteminin tətbiqi və əməyin ödənilməsi sisteminin strukturu barədə ətraflı məlumat verilib. İşçi Qrupunun iclasında minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan və əmək haqları Vahid Tarif Cədvəli ilə tənzimlənən işçilərin aylıq tarif (vəzifə) maaşlarının artırılaraq tənzimlənməsi və yeni qanun layihəsinin təkmilləşdirilməsi barədə məsələlər müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info