Cəbhə bölgəsində yerləşən məktəblərin problemləri müzakirə edilib
Tarix: 28.02.2019 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Füzuli, Beyləqan, Ağcabədi və Ağdam rayonlarına səfəri başa çatıb.
Təhsil Nazirliyindən bildiriblər ki, Məhəbbət Vəliyeva Füzuli rayonunda Horadiz şəhər 3 nömrəli tam orta, Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəblərdə olub. Pedaqoji kollektivlərlə görüşən nazir müavini onlara metodiki tövsiyələrini verib. Məhəbbət Vəliyeva, həmçinin Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə təşkil olunan yürüşdə iştirak edib. Nazir müavini Beyləqan rayonunda 3 nömrəli tam orta məktəbdə dərs prosesini izləyib. Beyləqan şəhər 2 nömrəli tam orta məktəbdə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Görüşdə təhsil sahəsində aparılan islahatlar və qarşıda duran prioritetlər barədə danışılıb. Həmçinin Beyləqan rayonu ərazisində yerləşən Füzuli rayonu 24 nömrəli modul tipli məktəbə baxış keçirilib, tədris prosesi izlənilib. Ağcabədi rayonuna səfər edən nazir müavini orada fəaliyyət göstərən Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinə olub. O, rayonda yerləşən Xocavənd kənd 2 nömrəli tam orta məktəbdə təhsil müəssisəsinin qəzalı vəziyyətdə olan binası ilə tanış olub, yeni binanın inşası imkanlarının araşdırılacağını deyib. Məhəbbət Vəliyeva 9 və 8 nömrəli tam orta məktəblərdə dərs prosesini izləyib. Eyni zamanda, Ağcabədi şəhəri 3 nömrəli tam orta məktəbdə rayonda yerləşən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Səfər çərçivəsində Ağdam rayonuna gedən nazir müavini təmas xəttində yerləşən Ayaqqərvənd və İmamqulubəyli kənd tam orta məktəblərdə təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb. O, açılışı olacaq modul tipli 85 nömrəli tam orta məktəbdə və Quzanlı qəsəbə tam orta məktəbində olub.
Nazir müavini təmas xəttində yerləşən Əhmədağalı kənd tam orta məktəbdə rayonun ümumtəhsil müəssisələrinin direktorları ilə görüşüb, onları narahat edən problemləri dinləyib, tövsiyələrini verib.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info