“Ermənistan - İran enerji və nəqliyyat layihələri kağız üzərində qalmaqdadır”
Tarix: 01.03.2019 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Markedonov: “ABŞ-İran münasibətlərinin hazırkı ümumi kontekstində ermənilərin İranla “yaxşı qonşuluq” etməsi elə də asan deyil”

“Ermənistan və İran xalqları arasında dostluq və mədəniyyətlərarası dialoq nümunəsidir”. Bu fikirləri erməni baş nazir Nikol Paşinyan «IRNA» agentliyinə verdiyi açıqlamada bəyan edib.
Paşinyanın bu fikirlərinə münasibət bildirən rusiyalı politoloq Sergey Markedonov erməni baş nazirin diplomatik səpkidə səsləndirdiyi fikirlərin arxasında nələr gizləndiyini və onun İrana səfərinin nə əhəmiyyət kəsb edə biləcəyinə aydınlıq gətirməyə çalışıb. “Novosti-Armeniə” saytına aşıqlama verən Serqey Markedonova görə, İranın rəsmi Erimənistan üçün əhəmiyyətini qiymətləndirmək mümkün deyil. Çünki bu ölkə eyni vaxtda Azərbaycanla, Ermənistanla və Dağlıq Qarabağ ətrafındakı erməni qüvvələri tərəfindən nəzarət edilən ərazilərlə həmsərhəddir. Bundan əlavə, Gürcüstanla yanaşı, İran da xarici dünyaya çıxmaq istiqamətində Ermənistan üçün önəmli ölkələrdən biridir. Maraqlıdır ki, Markedonov Ermənistan-İran münasibətlərini yaxşı qonşuluq kimi dəyərləndirən ermənilərdən fəqli olaraq hesab edir ki, bu, onlar üçün təcili ehtiyacdan doğan bir haldır. Onun fikrincə, ABŞ-İran münasibətlərinin hazırkı ümumi kontekstində ermənilərin İranla “yaxşı qonşuluq” etməsi elə də asan deyil: “…Burada səbəblər olduqca praktikdir. Belə ki, Ermənistan İranla ikitərəfli iqtisadi münasibətlərin mövcud səviyyəsindən razı deyil. Ermənilər həmişə olduğu kimi, yenə də boylarından yüksəyə tullanmaq istəyirlər. İrəvan Avrasiya İqtisadi Birliyi ilə İran arasında “körpü” rolunu oynamaq istəyir. Bundan başqa burada bir çox siyasi səbəblər də mövcuddur. Məsələn, son illərdə Tehranın Bakı ilə münasibətlərində qeydə alınan əhəmiyyətli irəliləyiş, təbii ki, İrəvanı qıcıqlandırır. Əsl reallıq isə budur ki, Ermənistan öz ətrafında Azərbaycanla yaxşı əməkdaşlıq müunasibətləru qurmuş qonşu olmasını erməni maraqlarına zidd hesab edir. “1in.am” saytı isə hesab edir ki, Ermənistan-İran əlaqələrinin inkişafı Rusiyanın Ermənistana təsirinin zəiflədilməsini nəzərdə tutur. Təbii ki, bu fikirlər ABŞ-ın Ermənistana yeni səfəir təyin etdiyi bir ərəfədə Paşinyanın İran səfərinə «haqq qazandırmaq» üçün ermənilərin «1in.am» saytında yer alan bir yazıda bildirilir. Ermənilər yenə də “bir daşla iki quş öldürmək” taktikasını həyata keçirməyə çalışırlar. Məsələ bundadır ki, erməni rəhbərliyi Ermənistanın İranla «xoş münasibətlər» qurmasının Vaşinqton tərəfindən yaxşı qarşılanmayacağını bilirlər. Məhz bunları nəzərə alan erməni saytı bəzi etiraflar edib: “Bu gün strateji cəhətdən o qədər də dərin olmayan Ermənistan-İran münasibətlərinin olmamasından kim faydalanacaq? Ermənistan - İran enerji və nəqliyyat layihələri kağız üzərində qalmaqdadır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
15.03.2019
Ermənilərin yeni hökumətə etimadları itir
11.03.2019
Sitrus meyvələri sahəsində ixrac potensialı yaradılır
06.03.2019
Vladimir Solovyov: “Ermənistan Ukrayna ssenarisi ilə gedir“
05.03.2019
Ermənistanda 10 min məmur ixtisara düşəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info