“Facebook“da Aureliya Qriqoriuya dəstək səhifəsi açılıb
Tarix: 24.07.2013 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Bir qrup azərbaycanlı "Facebook" sosial şəbəkəsində "Aureliya Qriqoriuya dəstək" səhifəsi açıb. Bu barədə səhifənin təşəbbüskarları tərəfindən moldovalı ombudsman Aureliya Qriqoriuya göndərilən məlumatda deyilir. Məlumatda qeyd edilir: "İrəvanda qətiyyətli çıxışınız həqiqət və ədalət uğrunda mübarizə, haqq və insanlığın zorakılıq və terror üzərində qələbəsidir.
Həqiqətən də cəsarətli vətəndaşlıq addımınıza görə sizə böyük təşəkkür edirik. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında baş verən həqiqətləri dediyinizə görə minnətdarlığımızı bildiririk. Siz bu barədə həqiqəti cəsarətlə danışırdınız, üstəlik Ermənistan parlamentində. Biz Sizin həqiqətə qarşı ədalətli münasibətinizi və prinsipiallığınızı yüksək qiymətləndiririk". Qeyd edək ki, Qriqoriu Ermənistan parlamentində bəyan etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır.
Ermənistan parlamentində çıxışından sonra moldovalı ombudsman Aureliya Qriqoriunu Ermənistandan buraxmırdılar və ölümlə təhdid edərək təcrid vəziyyətində saxlayırdılar. Ermənistan hökuməti Qriqoriunu azad etmək əvəzinə, ondan rəsmi üzr istəməsini tələb edirdi.
Moldovalı ombudsman üzr istəmədən İrəvanda akkreditə olunmuş diplomatik missiyaların köməyilə Ermənistanı tərk edə bilmişdi.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info