Nərimanov rayonunda satış yarmarkaları təşkil edilib
Tarix: 02.03.2019 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə martın 2-dən 21-dək Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsinə başlanıb.
Trend-in məlumatına görə, bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilib.
Yarmarkada Respublikamızın müxtəlif rayonlarından gətirilmiş 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla, eyni zamanda, bazarlardakından ucuz qiymətə əhaliyə təqdim olunur.
Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları üçün ayrılan yer müasir standartlara uyğun və qapalı formada təşkil edilib, istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi təmin olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri tərəfindən yarmarkanın fəaliyyəti ilə yerində tanış olaraq müvafiq göstərişlərini veriblər.
Qeyd edək ki, yarmarkada müvafiq şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülüb.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info