Ermənistanda 10 min məmur ixtisara düşəcək
Tarix: 05.03.2019 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Gevorq Poqosyan: ”Dövlət strukturlarında birdən-birə aparılan ixtisarlar ölkədə toqquşmalara, ictimai narazılığa gətirib çıxaracaq”

Yaxın günlərdə Paşinyan hökuməti ölkə parlamentinə Ermənistandakı regional administrasiyaların sayının azaldılması ilə bağlı qanun layihəsi təqdim edəcək. Hazırda ölkədəki regional administrasiyaların əksəriyyətinin heç bir iş görmədiyini bildirən Ermənistanın ərazi idarəetmə və inkişaf naziri Suren Papikyan bu qurumlarda çalışanların, təxminən 40 faizinin işdən kənarlaşdırılacağını bildirib.
Qeyd edilməlidir ki, yeni erməni hökumətinin bu addımına qarşı ölkədəki reaksiyalar müxtəlif olsa da, mahiyyət eynidir- bu, Paşinyanın sonunu yaxınlaşdırır.
Məsələn, ölkənin bu sistemindəki ixtisarların vacibliyini önə çəkən erməni siyasi texnoloq Karen Koçaryan ölkədəki optimallaşdırma ilə yanaşı, digər sahələrdə iş yerlərinin açılmasının vacibliyini bildirir. Onun fikrincə, bu, ölkədəki işsizlik problemini də həll etmiş olar. Lakin maraqlıdır ki, erməni siyasi texnoloq bu iş yerlərinin hansı sahələrdə və ya hansı vəsait hesabına açılması ilə bağlı sual qarşısında gözlərini döyür.

«Qraparak» nəşri Ermənistanın İslahatçılar Partiyasının sədri Vahan Babayanın mart ayının sonlarında «Verdiyin vədləri yerinə yetir!» şüarı altında yeni hökumətə qarşı etiraz aksiyası keçirəcəkləri barədə məlumat yayıb

Erməni sosioloq Gevorq Poqosyana görə, əgər hökumət bu sahədə çalışanların sayının çox olduğunu əsas gətirib onları bu sahədən kənarlaşdırsa, təbii ki, bu vəziyyət ölkədə narazılıq dalğasının artması ilə müşahidə ediləcək:” Ona görə də, biz hazırda ölkədə yeni işsizlik hallarının yaradılmamasına çalışmalıyıq. Dövlət strukturlarında birdən-birə aparılan ixtisarlar ölkədə toqquşma, ictimai narazılığa gətirib çıxaracaq. Ona görə də bu məsələ tədricən, öz işini itirənlərin digər işlə təmin edilməsi ilə həll edilə bilər».
Yeri gəlmişkən, ötən gün Ermənistan parlamentinin keçmiş vitse-spikeri Arpina Ovannisyan, baş nazir müavini Mqer Qriqoryan və maliyyə naziri Atom Canjuqazyanın dövlət qulluqçularının optimallaşdırılması ilə bağlı Baş nazir Nikol Paşinyana göndərdiyi məktub barədə şəxsi «Facebook» səhifəsində məlumat yayıb: «Məktubun əsas məziyyəti kimi, dövlət strukturlarında çalışan 10 mindən artıq məmurun işdən kənarlaşdırılması ilə bağlı məsələ məni şok etdi». Maraqlıdır ki, sabiq vitse-spiker istehza ilə ixtisar üçün nəzərdə tutulan bu qədər məmurun, «Paşinyanın iqtisadi inqilabına» mane olduqlarına görə işdən qovulacaqlarını bildirir.
Qeyd edək ki, «Çiçəklənən Ermənistan» fraksiyasından olan deputat Naira Zöhrabyan da bu məsələni hökumət üzvləri qarşısında qaldırmaq niyyətində olduğunu bildirib. Onun fikrincə, birdən- birə bu qədər insanı işsiz qoymaq ölkədə fəsadlara yol aça bilər.
Yeri gəlmişkən, ermənilərin «Qraparak» nəşri Ermənistanın İslahatçılar Partiyasının sədri Vahan Babayanın mart ayının sonlarında «Verdiyin vədləri yerinə yetir!» şüarı altında yeni hökumətə qarşı etiraz aksiyası keçirəcəkləri barədə məlumat yayıb.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info