Rəsul Quliyev İsa Qəmbərə istehza etdi
Tarix: 24.07.2013 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


“Müsavatın 100 yaşı haradan ortaya çıxdı?”

“20 ildir Musavata başqanlıq edənlərin ideyaları, hərəkətləri onların Azərbaycan üçün demokratik gələcək arzuladıqlarına dəlalət eləmir”. Bu sözləri eks-spiker Rəsul Quliyev sosial şəbəkədə suallara cavab verərkən bildirib. Müsavat üzvlərinin partiyanın tarixi ilə bağlı daim nümunə gətirmələrinə etiraz edən Rəsul Quliyev “100 illik partiya” iddiasını qəbul etmədiyini bildirib.
“Kommunist ideologiyasının 180 il, partiyasının isə 120 illik tarixi var. Bunun mətləbə nə dəxli var? Müsavat partiyası 10 il bolşevik inqilabına qədər, 20 ildə ikinci dəfə Azərbaycan müstəqillik alandan sonra mövcuddur. Yəni 30 il. Bəs bu 100 il haradan ortaya çıxdı? Həmin metodla hesablansa, Əhrar partiyası Müsavat partiyasından azı 7 yaş böyükdür. Tarixə getmək Müsavatın xeyrinə olmaz. Ümumiyyətlə, gəlin Koroğluları, Babəkləri bir tərəfə qoyub bugünkü düşdüyümüz vəziyyətə ağlayıb çarə axtaraq”-deyə Rəsul Quliyev yazıb.
Daha sonra Müsavata istehza edən eks-spiker bildirib ki, “bu çarənin dərmanı Musavatın əlindədirsə, hamımız sizə yalvarırıq, bu işi eləyin, xəyalınızdakı qələbələrinizi gerçəkləşdirin”.
O, deyib: “Liderin seçkilərdə maksimum 3 faiz səs alıb sonradan “mən qalib gəlmişdim seçkilər saxtalaşdırıldı” deməsinin bu millət üçün nə xeyri ola bilər?”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info