Pakistanda Ceyş-i Məhəmməd təşkilatının 44 üzvü yaxalandı
Tarix: 06.03.2019 | Saat: 01:28:00 | E-mail | Çapa göndər



Pakistanda Ceyş-i Məhəmməd təşkilatına qarşı əməliyyat keçirildi. Əməliyyatda təşkilatın banisi Mövlanə Məsud Azharın oğlu və qardaşının da aralarında olduğu 44 nəfər yaxalandı.

Pakistanda Ceyş-i Məhəmməd təşkilatına qarşı əməliyyat keçirildi.

Əməliyyatda təşkilatın banisi Mövlanə Məsud Azharın oğlu və qardaşının da aralarında olduğu 44 nəfər yaxalandı.

Təşkilat Hindistanın nəzarətində olan Cammu Kəşmir bölgəsinin Pulvama şəhərində 14 fevralda törədilən terror hadisəsinin məsuliyyətini üzərinə götürmüşdü.

Pakistan Daxili İşlər naziri Şəhriyar Afridi əyalət nümayəndələri ilə terrorizmlə mübarizəni dəyərlləndirdiyi toplantıdan sonra keçirdiyi mətbuat konfransında sözügedən əməliyyatın beynəlxalq təzyiqlər səbəbindən deyil, terrorla mübarizə siyasəti ilə bağlı həyata keçirildiyini söylədi.

Aralarında Ceyş-i Məhəmməd təşkilatının yaradıcısı və lideri Azharın qardaşı Müfti Abdur Rauf ilə oğlu Həməd Azharın da olduğu 44 nəfərlik bir qrupun yaxalandığını bildirən Afridi Pulvama hücumu ilə bağlı Hindistanın təqdim etdiyi qovluqda mötəbər dəlillərin olmadığını bildirdi.
Afridi əyalət nümayəndələri ilə keçirilən toplantıda bütün terror təşkilatlarına qarşı terrorla mübarizə üçün hazırlanan Milli Fəaliyyət Planındakı hər addımın tətbiq olunacağının vurğulandığını qeyd etdi.
Hindistan ilə Pakistan arasındakı son gərginlik Kəşmirin Hindistanın nəzarət etdiyi hissəsində 14 fevralda polis təşkilatına tabe olan milis qüvvələrinə qarşı törədilən və 44 nəfərin öldüyü bombalı hücumla başladı.
Yeni Dehli rəhbərliyi hücumla bağlı Pakistanı günahlandırdı. Hücumu qınayan Pakistan isə ünvanına söylənən ittihamı rədd etdi.
Hindistan fevralın 26-da Kəşmir Nəzarət Xəttinin Pakistan tərəfində yerləşən terror təşkilatı hədəflərinə hava hücumu təşkil etdiyini bildirdi.
Pakistan da cümə axşamı günü səhər hava məkanını pozduqlarını səbəb göstərərək Hindistana məxsus iki döyüş təyyarəsini vurduğunu elan etdi. Eyni zamanda, Pakistan təyyarələri Hindistan hava sahəsinə girdilər.
Hadisələrin bu şəkildə inkişafından sonra Pakistan bütün hava məkanını bağladı, Hindistan bəzi hava limanlarında uçuşları dayandırdı.
Pakistan Baş naziri İmran Xan Hindistanı problemləri dialoq yolu ilə həll etməyə və sağlam düşüncəyə dəvət etdi.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu gərginliyə dair verdiyi bəyanatda tərəfləri təmkinli olmağa, situasiyanın daha da gərginləşməsindən uzaqlaşmağa çağırdı.
Almaniya, Böyük Britaniya, Çin və Rusiya da oxşar çağırışlar etdilər.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Donald Trampın bu ölkədən əsgərlərinin çıxarılmasına dair iddialara cavabı
27.05.2020
İranda daha 56 nəfər koronavirusdan ölüb
27.05.2020
Avstraliyada koronavirus əleyhinə peyvəndin insan üzərində sınaq prosesi başlanıb
27.05.2020
Almaniyada üç məscidə təhqiramiz ifadələrin yer aldığı məktublar göndərilib
26.05.2020
İzmir sahillərində 72 miqrant xilas edildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info