UEFA Çempionlar Liqası: “Ayaks” və “Tottemhem” dörddəbir finalda
Tarix: 06.03.2019 | Saat: 02:44:00 | E-mail | Çapa göndər



UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin gözlənilməz hesabı “Santyaqo Bernabeu” stadionunda qeydə alınıb. İspaniyanın "Real Madrid" klubu doğma azarkeşlər önündə Hollandiyanın "Ayaks" komandasını qəbul edib. Öz meydanında 2:1 hesabı ilə məğlub olan hollandiyalılar ilk dəqiqlərdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 7-ci dəqiqəsində "Ayaks" hesabı açıb. Həkim Zireç Dusan Tadiçin ötürməsini dəqiq zərbə ilə dəyərləndirib - 0:1. Qoldan 11 dəqiqə sonra hollandiyalılar David Neresin sayəsində hesab arasındaki fərqi iki topa çatdırıb - 0:2. Fasiləyə qədər Madrid təmsilçisinin səylərinə baxmayaraq hesab dəyişməyib.
Matçın ikinci hissəsində əks hücumlara bel bağlayan "Ayaks" üçüncü qolu vurmağa nail olub. Dusan Tadiç uzaq doqquzluğu dəqiq nişan alaraq adını tabloya yazdırıb - 0:3.
Matçın 70-ci dəqiqəsində hücumların kəsərin artıran "Real Madrid" qollardan birinin əvəzini çıxıb. Marko Asensio uzaq məsafədən baxımlı qola imza atıb - 1:3.
Bu da oyunda son qol olmayıb. Oyunda son nöqtəni Lasse Şöne qoyub. Danimarkalı yarımmüdafiəçisi cərimə zərbəsində birbaşa qapıya dəqiq zərbə vurub - 1:4. Qarşılaşmanın 90-ci dəqiqəsində "Real Madrid" klubunun müdafiəçisi Naço Fernandez qırmızı vərəqə alaraq meydandan qovulub.
Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayaraq Amsterdam təmsilçisi hesabı qoruyub saxlayıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən (5:3) "Ayaks" növbəti mərhələyə vəsiqə qazanıb.
Mərhələnin birinci günün digər oyunu Almaniyanın "Signal İduna Park" stadionunda baş tutub. İngiltərənin "Tottemhem" klubu səfərdə "Borussiya Dortmund" komandasının qonağı olub. Görüş ingilislərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, İngiltərədə oynanılan ilk görüşdə "Tottemhem" böyük hesabla qələbə qazanmışdı - 3:0. Hər iki oyunun nəticəsinə əsasən "Tottemhem" dörddəbir finala vəsiqə qazanıb.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Fransa millisinin üzvü “Barcelona“nın hədəfində
27.05.2020
“Nyukasl“ Koutinyuya görə “Barsa“ ilə danışıqlara başladı
27.05.2020
Erməni məşqçi azərbaycanlı futbolçunu təriflədi
27.05.2020
“Liverpul“dan Mbappeyə illik 50 milyon
27.05.2020
Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info