Aİİ-də Elm Gününə həsr olunmuş tədbirlər keçiriləcək
Tarix: 06.03.2019 | Saat: 11:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2018-ci il Sərəncamı ilə hər il 27 mart tarixinin Elm Günü kimi təsis olunması haqqında qərar qəbul edilib. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Sərəncamdan irəli gələn müddəaları əsas götürərək, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birlikdə 03 aprel 2019-cu il tarixdə “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda elmi-praktik konfrans təşkil etməyi nəzərdə tutur.
Konfransın keçirilməsində məqsəd elmi tədqiqatların təqdimatı, müzakirəsi və qarşılıqlı məlumat mübadiləsidir.
Konfransda müsəlman Şərqində elm və fəlsəfənin inkişafında azərbaycanlı alim və mütəfəkkirlərin rolu; müasir çağırışlar və İslam dünyası; İslam dünyasında elm və fəlsəfə məktəbləri; İslam incəsənətinin spesifik xüsusiyyətləri; orta əsrlərdən müasir dövrədək İslam dünyasında elm-din münasibətləri kimi istiqamətlər müzakirə olunacaq.
Konfransa məqalələr martın 20-dək Təşkilat Komitəsinə göndərilməlidir. Məqalələrin həcmi 5-10 səhifədən artıq olmamalı və elektron variantı fidanyusifova@ait.edu.az e-mail ünvanına göndərilməlidir.
Məqalə qəbulu ilə bağlı ətraflı məlumatı İnstitutun Magistratura və doktorantura şöbəsindən, yaxud rəsmi “facebook” səhifəsindən öyrənmək mümkündür (əlaqə nömrəsi: (012) 510-65-45 / 147).
Qeyd edək ki, ali təhsil müəssisəsində Elm Gününə həsr olunmuş “İlahiyyat elmlərinin tədqiqi: mövcud vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa”nın keçirilməsi də nəzərdə tutulub. “Dəyirmi masa”da ilahiyyat elmi sahəsində tədqiqatların təşkili, aparılması, nəticələrinin saxlanılması, ötürülməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
Elm Gününün keçirilməsində əsas məqsəd Aİİ-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaqdan ibarətdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Nazirlik qəbulu iyunun 15-dək dayandırdı
01.06.2020
Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb
01.06.2020
“Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.2020
“Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq”
01.06.2020
“XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info