“AzerGold” QSC 1163 kiloqram civə ixrac edib
Tarix: 06.03.2019 | Saat: 11:41:00 | E-mail | Çapa göndər


“AzerGold” QSC 1163 kiloqram civə ixrac edib. QSC-dən bildirilib ki, beynəlxalq standartlar əsasında fəaliyyət göstərən “AzerGold” istehsalat nəticəsində formalaşan civənin qanunamüvafiq şəkildə, ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində əməli tədbirlər həyata keçirir.
Məlum olduğu kimi, Çovdar filiz emalı sahəsində istismar işləri zamanı çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, həmçinin müəyyən miqdarda civə də mövcuddur. İnsan həyatı və ətraf mühit üçün təhlükəli olan bu element xüsusi civə tutan avadanlıqdan istifadə edilərək ayrılır və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla qəbul edilmiş xüsusi standartlara uyğun qablaşdırılır.
Hazırda dünya praktikasında civənin torpaqda basdırılması və təkrar istehsalda istifadəsi kimi iki utilizasiya üsulu mövcuddur. Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir.
Ekoloji və sosial məsuliyyətin “AzerGold”un prioritetlərindən biri olduğu nəzərə alınaraq QSC daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirilməsini tətbiq etməkdədir. Belə ki, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılıb və tələbatın olmadığından sadalanan şərtlər çərçivəsində çoxsaylı xarici şirkətlərlə müvafiq danışıqlar aparılaraq bütün tələblərə cavab verən və daha sərfəli şərtlər təklif edən, həmçinin KYC (Know Your Customer), hüquqi və texniki audit (“due diligence”) şərtlərinə cavab verən Sinqapurun “Asia Mercury” şirkəti ilə müqavilə imzalanıb. Nəticədə “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 min manatadək mənfəət əldə edib.
Qeyd edək ki, bu ilin yanvarında “Asia Mercury” şirkətinin direktorunun Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinə səfəri baş tutmuşdur. Səfər çərçivəsində şirkət nümayəndəsi hasilat prosesi zamanı xammalın tərkibindən civənin təhlükəsizlik qaydalarına uyğun ayrılması və saxlanılması, yaradılmış şərait, müasir texnologiyaların tətbiqi, əməyin təhlükəsizliyi ilə bağlı görülmüş tədbirləri yüksək qiymətləndirib. Baş tutan ixrac, bu prosesi beynəlxalq səviyyədə tənzimləyən, beynəlxalq Minamata Konvensiyasının tələbləri nəzərə alınmaqla reallaşdırılıb. Qeyd edək ki, Minamata Konvensiyasına əsasən civə tullantılarının insan sağlamlığı və ətraf mühitə təsirini önləmək məqsədilə sistemli tədbirlər həyata keçirilməlidir.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Xorvatiya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
27.05.2020
Prezident İlham Əliyev 28 May münasibətilə paylaşım edib
27.05.2020
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
27.05.2020
Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
27.05.2020
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info