Bakı Ali Neft Məktəbi və Asan Kadr 2-ci “Karyera sərgisi” keçirəcək
Tarix: 06.03.2019 | Saat: 11:42:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi Coca-cola şirkətinin sponsurluğu ilə gənclərin məşğulluğunu artırmaq üçün 2-ci “Karyera sərgisi”ni keçirəcək. Karyera sərgisi bütün vətəndaşlar üçün açıq elan olacaq. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edəcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradacaq. Sərgi 2019-cu il 12 mart tarixində Bakı Ali Neft Məktəbinin kampusunda saat 10:00-13:00 kimi davam edəcək, sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcək. Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək olmaq və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır. Qeyd edək ki, BANM və ASAN Könüllülük Məktəbi gənc mütəxəssislərin işlə təmin olunması məsələrinə hər zaman xüsusi diqqət yetirən müəssisələr sırasındadır. Xatırladaq ki, BANM-ın ötən ilki məzunlarının 100%-i artıq işlə təmin olunub, ASAN Könüllülük Məktəbindən isə bu günə kimi 1100-ə yaxın ASAN kadr işlə təmin edilib. 2018-ci ildə BANM və “ASAN kadr” karyera mərkəzinin birgə keçirdiyi 1-ci “Karyera sərgisi”ndə isə 53 müəssisə təmsil olunub və 1500-dən çox iştirakçı olub.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Nazirlik qəbulu iyunun 15-dək dayandırdı
01.06.2020
Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb
01.06.2020
“Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.2020
“Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq”
01.06.2020
“XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info