KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavə edilib
Tarix: 06.03.2019 | Saat: 11:56:00 | E-mail | Çapa göndər


Həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımı ayrılacaq: mətbəə xərcləri Fond tərəfindən ödəniləcək

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək bildirib ki, gündəliyə əsasən iclasda bir məsələnin - Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin şərtlərinə yeni əlavələrin edilməsi məsələsinin müzakirəsi nəzərdə tutulur.
Müzakirəyə çıxarılan məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, çap mediasının müasir dövrün tələblərinə uyğun olaraq müasirləşdirilməsi, cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə Fondun 31 yanvar 2019-cu il tarixli iclasında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərdə dəyişikliklər edilib. V.Səfərli qeyd edib ki, fevral ayından etibarən qüvvədə olan həmin dəyişikliklərə əsasən, 2019-cu ilin II rübü üzrə Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərli xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə müəyyənləşdirildiyini xatırladıb.
İcraçı direktor bildirib ki, fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin I rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib. Vüqar Səfərli bununla əlaqədar 2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin elanının şərtlərinə yeni əlavənin edilməsi təklifinin müzakirəsinə obyektiv zərurətin yarandığını qeyd edib. İcraçı direktor bildirib ki, həmin əlavəyə əsasən, son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən mövcud şərtlərlə fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımının ayrılması təklif olunur. İcraçı direktor, həmçinin vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin yalnız mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. Aprel-may ayının yekun hesabatına əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.
Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan əlavə ilə bağlı fikirlərini bildiriblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov təklif olunan əlavəni Fondun yayım və tirajla bağlı müəyyənləşdirdiyi yeni tələbləri yerinə yetirmək imkanında olmayan gündəlik və həftəlik qəzetlərə növbəti şans və humanist yanaşma kimi dəyərləndirərək, bu addımın həmin nəşrlərdə çalışan KİV əməkdaşlarının da mənafeyinə uyğun olduğunu, obyektiv reallığı əks etdirdiyini bildiriblər. Sonda təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Prezident İlham Əliyev 28 May münasibətilə paylaşım edib
27.05.2020
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
27.05.2020
Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
27.05.2020
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib
27.05.2020
Albaniya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info