Qadın sahibkarlığına dəstək üçün xüsusi qadın biznes inkubatorları yaradılacaq
Tarix: 06.03.2019 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorlarının yaradılması nəzərdə tutulur. Bu barədə jurnalistlərə müsahibəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib.
KOBİA-nın idarə heyətinin sədri qeyd edib ki, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir. “Agentliyin yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası aktiv təmsil olunur, Azərbaycan-Almaniya Birgə Proqramı çərçivəsində biznesin idarə edilməsi sahəsində Almaniyada ixtisasartırma kursu keçmiş iştirakçıların təxminən 20 faizdən çoxunu qadın sahibkarlar təşkil edir. Ölkəmizdə qadın sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlərin miqyası və əhatə dairəsi genişləndiriləcək. Qadın sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarlar üçün maarifləndirmə və konsaltinq xidmətləri, kreditləşmə və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu istiqamətdə layihə və proqramlar hazırlanan zaman xüsusilə regionlarımızda qadın məşğulluğu diqqət mərkəzində olacaq, qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcək. Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorların yaradılması da nəzərdən keçiriləcək. Bütün bunlar isə kiçik və orta sahibkarlar arasında qadınların sayını daha da artıracaq”, - deyə O.Məmmədov əlavə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info