Paolo Qrimoldini: “TAP təkcə iqtisadi deyil, həm də siyasi əlaqələrin inkişafını təmin edəcək”
Tarix: 06.03.2019 | Saat: 12:50:00 | E-mail | Çapa göndər


Energetika Nazirliyində ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, energetika naziri Pərviz Şahbazov iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rolunu qeyd edib. Bildirib ki, indiyə kimi Azərbaycan neftinin əsas alıcılarından biri olan İtaliyaya Cənub Qaz Dəhlizi vasitəsilə həm də qaz ixrac ediləcək. TAP layihəsinin icra vəziyyətinin qənaətbəxş səviyyədə olduğu və bu kəmərin reallaşmasında İtaliya hökumətinin mövqeyi yüksək qiymətləndirilib.
Nazir deyib ki, TAP kəməri ilə İtaliyaya təkcə yeni mənbədən qaz daxil olmayacaq, həm də təbii qazın istehlakçılar üçün münasib qiyməti formalaşacaq, dekarbonizasiya hədəfinə töhfə veriləcək.
Paolo Qrimoldini TAP kəmərini hər iki ölkənin maraqlarına cavab verən layihə kimi qiymətləndirib. Onun sözlərinə görə, TAP təkcə iqtisadi deyil, həm də siyasi əlaqələrin inkişafını təmin edəcəkdir. “İtaliya Azərbaycanda enerji və texnologiya sahələrinə investisiya yatırmaqda, bu istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”, - deyə o əlavə edib.
Söhbət zamanı İtaliya şirkətlərinin digər sahələrdə də fəaliyyətinə toxunulub, Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info