Gömrük Komitəsinin əməkdaşları canlı yayımda vətəndaşların suallarını cavablandırıblar
Tarix: 06.03.2019 | Saat: 13:54:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin (DGK) “Facebook” sosial şəbəkəsindəki səhifəsində canlı yayımda vətəndaşların sualları cavablandırılıb. Bir saat davam edən canlı yayım zamanı 120-dən çox vətəndaş müraciət ünvanlayıb. Komitədən bildirilib ki, DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundovun moderatorluq etdiyi canlı yayımda Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi Ceyhun Nəcəfli və Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin rəisi Vasif Qurbanov sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıblar.
Canlı yayımda “Yaşıl dəhliz” buraxılış sistemi və “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dair Nazirlər Kabinetinin Qərarı ilə bağlı məlumat verilib, vətəndaşları bu sahədə maraqlandıran suallar ətraflı cavablandırılıb. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara isə canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək.
Vətəndaşları maraqlandıran sualların operativ şəkildə cavablandırılması məqsədilə DGK-nın “Facebook” sosial şəbəkəsindəki səhifəsində müxtəlif mövzularla bağlı mütəmadi olaraq canlı yayımlar təşkil ediləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Azərbaycan Prezidenti: Bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir
01.06.2020
“Gələcəyin sahibkarı” müsabiqəsinin qalibləri açıqlanıb
01.06.2020
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi “Kitab sovqatı” aksiyası keçirib
01.06.2020
Yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə 549 milyon dollar dəyərində ixrac həyata keçirilib
01.06.2020
KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info