“Bakı metropoliteni -50” dizayn tərtibatı müsabiqəsinin qalibi olub
Tarix: 06.03.2019 | Saat: 13:55:00 | E-mail | Çapa göndər


Bu günlərdə "Bakı Metropoliteni" QSC ölkədə dizaynın səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən ilk layihə olan “Azerbaijan Design Award” müsabiqəsindən xoş müjdə alıb. Müsabiqədə "Bakı Metropoliteni" QSC-nin insan resursları və xidmət departamenti xidmət şöbəsinin yaradıcılıq nümunəsi qalib gəlib. Qeyd edək ki, son illərdə dizayn trendləri beynəlxalq aləmdə çox sürətlə yenilənir. Layihə təşkilatçılarının məqsədi dizayn sahəsində keyfiyyəti yüksəltmək və ölkəmizdə dizayn işini dünya səviyyəsinə yüksəltmək imkanı verən mühitin yaradılmasıdır.
Təşkilatçıların məlumatına görə, müsabiqədə 250-dən artıq iştirakçının 300-dən artıq əsərinə baxış keçirilib. Səsvermədə beynəlxalq münsiflər heyəti iştirak edib. Qeyd edək ki, Rusiya, Avstriya, Türkiyə, Amerika, Almaniya təcrübəsinə malik olan münsiflər heyətinin üzvləri səsverməni layihə müəllifinin adını bilmədən anonim olaraq aparıblar. Yekun səsvermə əsasında 5 brendinq final mərhələsinə vəsiqə qazanıb və həmin əl işləri içərisində məhz “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin dizayneri Ramin Həsənəlizadənin müsabiqəyə təqdim etdiyi Bakı metropoliteninin 50 illik yubiley tədbirinin tərtibatı da olub.
İki il əvvəl Bakı metropoliteninin yubileyinə hazırlıq işləri ərəfəsində bütün stansiyalarda sərnişinlərə Bakının həyatında əlamətdar hadisə barədə ilk məlumatı məhz bu loqotip vermişdi. Ən əsası, bu brendinq məhsulu paytaxtın simasını müəyyən edən memarlıq incilərinin əhatəsində Bakı metrosunun da əhəmiyyətini xüsusi vurğulayır, onu, haqlı olaraq, Bakının tarixi rəmzlərindən biri kimi göstərir.
Bu əsərin yaranma tarixçəsi barədə xidmət şöbəsinin rəisi Lalə Babayevə deyir: “Yubiley ərəfəsində tərtibatın layihə cizgilərini çəkərək, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynova təqdim etdim. Zaur müəllim ideyanı bəyəndikdən sonra bir sıra təkliflərini də verdi. Bu əsərin ərsəyə gəlməsinin əsas memarı olan dizayner Ramin Həsənəlizadə və kollektivin digər üzvləri ilə birlikdə işə başladıq. İlk variantda biz bir neçə ideya işləyib hazırladıq. Əsas məqsəd 50 ildir şəhəri dolaşan qatarın təsvirini vermək idi. Qatarı əhatə edən dairənin xaricində şəhərin məşhur binalarının təsvirini yerləşdirdik. İşin gedişində “50 il xidmətinizdə” şüarının ideyası yarandı. Tərtibat metro sərnişinləri tərəfindən də rəğbətlə qarşılandı. Onun əksi həkk olunmuş suvenirlər, hədiyyələr hazırlandı. Belə tərtibatlı köynəkləri istəyənlərin sayı isə daha çox idi”.
Ümumiyyətlə, "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra əldə olunan ən böyük nailiyyətlərdən biri paytaxtın yeraltı ictimai sərnişindaşıma nəqliyyatı cəmiyyətin simasını büsbütün dəyişən, ona yeni status gətirən sosial layihələr oldu. Bir-birini əvəz edən və cəmiyyətin nəbzini tutan, ölkənin sosial-ictimai mühiti üçün aktual mövzuları əhatə edən bu layihələrin təməlində məhz müəssisənin yeni ruhlu yaradıcı qrupu olan xidmət şöbəsinin böyük əməyi var. Bu əksər layihələr qrupun təşkilatçılığı ilə həyata keçirilən ictimaiyyət arasında böyük rəğbətlə qarşılanır. Bu mükafat isə həmin layihələrə verilən növbəti qiymətin bariz nümunəsidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib
31.05.2020
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
31.05.2020
Bu gündən restoran, kafe və çay evləri müştərilərə saat 22:00-dək xidmət göstərəcək
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info