ADPU-da Aprel şəhidi Nurəddin Mirzəyevin xatirəsinə həsr edilmiş tədbir
Tarix: 06.03.2019 | Saat: 14:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və universitetin Tarix və Coğrafiya fakültəsinin III tədris ili tələbəsi Taleh Mirzəyevin rəhbərliyi ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayına qədər ADPU-da icra olunan Aprel şəhidi, Lələtəpə fatehlərindən biri Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqda fikirləri və beynəlxalq erməni terrorizmi haqda məlumatlandırılması” layihəsi çərçivəsində keçirilən silsilə elmi-praktiki seminarların yekunu kimi “Biz kimik? Azərbaycanın və Azərbaycan xalqının ən qədim tarixi” mövzusunda elmi-praktiki seminar və iştirakçıların təltifetmə mərasimi keçirilib.
Tədbirdə ADPU-un Humanitar və Sosial məsələlər üzrə prorektoru f.e.d., professor Fikrət Rzayev, ADPU-un Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, layihə rəhbəri Taleh Mirzəyev, ekspert, AMEA-ın əməkdaşı, tədqiqatçı tarixçi Ramin Əlizadə və elektron seçim prosesi ilə seçilən iştirakçı tələbələr iştirak edib.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Taleh Mirzəyev seminar iştirakçılarını salamlayıb, bu gün müzakirə olunan mövzunun indiyə qədər davam edən müxtəlif səpkili müzakirələrə məntiqi yekun vurmaq baxımından da əlamətdar olduğunu qeyd edib. Sonra söz ekspertə verildi.
Mövzu üzrə mütəxəssis qismində dəvət edilmiş AMEA Tarix İnstitutunun elmi işçisi, "Qarabağ - əcdadlarımızın mirası", "Zəngəzur", "İrəvan" filmlərinin ssenari müəllifi, Azərbaycanda Urartu tarixi və arxeologiyası üzrə ilk və hələlik yeganə mütəxəsis, Urartu üzrə beynəlxalq ekspedisiyalarda iştirak edib, tədqiqatlar aparmış Ramin Əlizadə tələbələr önündə çıxış edərək ən qədim dövr Azərbaycan tarixinin və tarixşünaslığının görünməyən, tədqiq edilməmiş, yaxud diqqət ayrılmayan bir çox aspektlərindən söz açıb, eyni zamanda “türk”, “hun”, “Azərbaycan”, “Atropotena” kimi etnonim və toponimlərin kökü haqda danışaraq hələ e.ə. XXIII əsrdə Akkad hökmdarı Naram Suenin kitabəsində onun keçdiyi ərazilərdə Zaqros dağlarından şərqdə, indiki Qafqaz ərazisində “Türk dövləti”nin yerləşməsinin qeyd olunduğunu vurğuladı. Mövzu üzrə tələbələri maraqlandıran suallar ətrafında müzakirələr davam etdirildi.
Müzakirələrdən sonra professor Fikrət Rzayev mütəxəssisə maraqlı və dərin elmi məzmunlu məruzəsinə görə təşəkkürünü bildirib, tələbələrə elmi bilikləri mənimsəməkdə səfərbər və yorulmaz olmağı tövsiyə edib, məhz gənclərin ölkənin gələcəyi olduğunu qeyd etdi. Natiq bildirdi ki, biz öncə özümüz özümüzü tanımalıyq ki, haqlarımızı dünyaya çıxara, maraqlarımızı qoruya bilək. Bunun üçünsə, gecə-gündüz çalışmaq lazımdır. Bu seminarlara ad verən Nurəddinin timsalında neçə-neçə igid oğullarımız Şəhidlik zirvəsinə yüksəldi ki, bizlər əmin-amanlıq şəraitində Vətənin və millətin gələcəyi üçün elmin dərinliklərinə baş vura bilək.
Tədbirin ikinci hissəsində tələbələrə ADPU rəhbərliyinin təsdiqlədiyi iştirakçı diplomları təqdim edildi və layihənin ilkin pilot mərhələsinə yekun vuruldu.
Qeyd edək ki, ilkin nəticələrin qiymətləndirilməsindən sonra layihənin proqram halında hər il keçirilməsi gözlənilir.
Seminarın youtube linki: https://youtu.be/cGGTD280Elk

Taleh Mirzəyev






 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
27.05.2020
Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust tarixlərində aparılacaq
26.05.2020
“Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları”
26.05.2020
“Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir”
26.05.2020
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info