Ermənilər Bakıda Xocalı yürüşündə iştirak etmiş İrina Rodninadan qisas alırlar
Tarix: 06.03.2019 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Ermənilər Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşündə iştirak etmiş Rusiya Dövlət Dumasının deputatı, dəfələrlə Olimpiya çempionu olmuş İrina Rodninadan qisas alırlar. “Jamanak” qəzeti xəbər verir ki, erməni deputatlar Yerevanda İrina Rodninanın adını daşıyan fiqurlu konkisürmə idman məktəbinin adını dəyişdirməyi təklif ediblər. Onlar bununla əlaqədar şəhərin yaşlılar şurasına müraciət ünvanlayıblar və 2015-ci ildə məktəbin açılışı ilə bağlı qəbul olunmuş qərarın dəyişdirilməsini tələb ediblər. Məşhur idmançı və ictimai-siyasi xadim İrina Rodnina isə “Moskva-Bakı” portalına müsahibəsində erməni ictimaiyyətini Xocalı soyqırımından nəticə çıxarmağa çağırıb. “Dəhşətli faciəli hadisələrin baş verdiyini heç kim inkar etmir. Lakin bütün hallarda vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Gələcək nəsillərə Qarabağın qanayan yarasını miras qoymaq olmaz”,- deyə rusiyalı deputat vurğulayıb. İrina Rodnina Rusiya-Ermənistan parlamentlərarası dostluq qrupunun da üzvüdür. Erməni deputatlar, o cümlədən parlamentin spikeri Ararat Mirzoyan rusiyalı deputatların Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşündə iştirakını tənqid ediblər.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər
27.05.2020
Azərbaycan 19 iranlı məhkumu öz ölkəsinə təhvil verib
27.05.2020
ABŞ-ın nüfuzlu jurnalında QHT-lərin Ermənistan sevgisini ifşa edən məqalə dərc edilib
27.05.2020
Qarabağ həqiqətlərinin təbliği, erməni yalanlarının ifşası əsas fəaliyyət istiqamətlərimizdən biri olacaq
26.05.2020
Səudiyyə Ərəbistanının Kralı və vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info