Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi dəhlizi yaradılır
Tarix: 06.03.2019 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


İran, Azərbaycan və Gürcüstan arasında “Cənub-Qərb” enerji dəhlizi üzrə şəbəkələrin birləşdirilməsi müzakirə olunub


İrana səfəri çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın enerji naziri Reza Erdekanian ilə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və İran energetika sahəsində də uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz arasında “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqlarına dair sazişlər imzalanıb. Bu layihələrin tikintisi və istismarı üzrə Birgə Texniki Komissiya yaradılıb. Bundan başqa, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. Azərbaycandan İrana elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb. 2018-ci ildə İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığa töhfə verir.
2018-ci ildə Bakıda Azərbaycan, İran və Rusiya elektrik enerjisi sistemlərinin birləşdirilməsi məqsədilə hər üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib, üçtərəfli işçi qrup yaradılıb. 2018-ci ilin oktyabrında Moskvada işçi qrupun ilk iclası keçirilib.
İqtisadiyyat naziri bildirib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının bu ilin martında Bakıda keçiriləcək 13-cü iclasında digər sahələrlə yanaşı, enerji sahəsində də əməkdaşlığın inkişafı məsələsi müzakirə olunacaq.
İranın enerji naziri Reza Erdekanian ölkəsinin digər sahələrdə olduğu kimi, energetika sahəsində də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, həyata keçirilən layihələrin həm İran, həm də Azərbaycanın enerji sistemlərinin inkişafında əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan-İran enerji əməkdaşlığının genişləndirlməsi, İran, Azərbaycan və Gürcüstan arasında “Cənub-Qərb” enerji dəhlizi üzrə şəbəkələrin birləşdirilməsi, Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi dəhlizinin yaradılması məsələləri müzakirə olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info