Hacıqabul Sənaye Məhəlləsində avadanlıqların yerləşdirilməsi və istehsala hazırlıq işləri görülür
Tarix: 06.03.2019 | Saat: 15:26:00 | E-mail | Çapa göndər





Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri tam başa çatdırılıb. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala digər hazırlıq işləri görülür.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən salınan sənaye məhəlləsi rayonun Atbulaq kəndi ərazisində yerləşir. Sənaye məhəlləsinin tikintisi qeyri-neft sektorunun inkişafına təkan vermək və əhalinin məşğulluğunu artırmaq məqsədi daşıyır. Məhəllə sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafına dəstək olacaq. Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 60 milyon manatdan çox olan 7 layihə üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin rəhbəri Qurban Burcəliyev bildirib ki, tikintiyə ötən ilin əvvəlindən başlanılıb. Sənaye məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış sənaye məhəlləsi 10 min kvadratmetr olan 4 istehsal təyinatlı, 937 kvadratmetrlik inzibati və texniki binalardan ibarətdir. Sənaye məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmət də göstəriləcək. Onun sözlərinə görə, sənaye məhəlləsinin su-kanalizasiya sistemləri, təmizləyici qurğular, habelə elektrik enerjisi ilə təminatı işləri başa çatıb. Məhəlləyə xam malın gətirilməsi və istehsal olunan materialların xaricə ixracı üçün dəmir yolu xətti də çəkilib. Hacıqabul Sənaye Məhəlləsində dəyəri 14 milyon manat olan və istehsal gücü ildə 1000 ədəd “QAZ” avtomobili istehsalı zavodu da tikiləcək. Artıq “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə tikiləcək zavodun təməli qoyulub.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Azərbaycan Prezidenti: Bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir
01.06.2020
“Gələcəyin sahibkarı” müsabiqəsinin qalibləri açıqlanıb
01.06.2020
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi “Kitab sovqatı” aksiyası keçirib
01.06.2020
Yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə 549 milyon dollar dəyərində ixrac həyata keçirilib
01.06.2020
KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info