Qubada üç yem emalı müəssisəsi fəaliyyətə başlayıb
Tarix: 06.03.2019 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Martın 6-da Quba rayonunun Talabıqışlaq, Qəçrəş kəndləri və Zərdabi qəsəbəsində yem emalı müəssisələri fəaliyyətə başlayıb. Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində tikilən müəssisələrdə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub. Müəsissələrdə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb. Açılış mərasimində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyəti sədrinin müavini Elçin İbrahimov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə danışıb.
E.İbrahimov qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Quba rayonunun Talabıqışlaq, Qəçrəş və Zərdabi kimi yaşayış məntəqələrində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Eylin Loules birgə əməkdaşlıqdan danışaraq, Qubada reallaşdırılan layihələrin regionun inkişafına töhfə verdiyini qeyd edib. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
27.05.2020
Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
27.05.2020
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib
27.05.2020
Albaniya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
27.05.2020
Estoniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info