Bakı regional miqrasiya idarəsində vətəndaşların qəbulu şöbəsi yenidənqurmadan sonra istifadəyə verilib
Tarix: 06.03.2019 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Martın 6-da Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhər regional miqrasiya idarəsinin vətəndaşların qəbulu şöbəsinin əsaslı yenidənqurmadan sonra açılışı olub.
DMX-dən bildiriblər ki, Xidmət rəisi Vüsal Hüseynov regional idarədə yeni qəbul mərkəzinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə qurumun əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi bildirib ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələri rəhbər tutularaq vətəndaşlara göstərilən xidmətin şəffaf həyata keçirilməsi, vətəndaş məmnunluğunun təminatı prioritet istiqamət kimi daim diqqət mərkəzindədir. Miqrasiya sahəsində aparılan bir sıra islahatların nəticəsi olaraq yeni istifadəyə verilən qəbul şöbəsi Xidmətin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun və rahatlığının təmin olunmasına xidmət edir. Vüsal Hüseynov söyləyib ki, qəbul mərkəzinin fəaliyyətində əsas məqsəd “ASAN indeks”in tələblərinə uyğun olaraq fəaliyyət göstərmək, şəffaflığın təminatı, innovativ texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətinin ən müasir şəkildə icrası, operativlik və şəffaflıq prinsiplərinin əsas meyar kimi qorunub saxlanılmasıdır. Sonra tədbir iştirakçıları Bakı şəhər regional miqrasiya idarəsinin qəbul mərkəzində yaradılan şəraitlə yaxından tanış olublar. DMX-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaşlara xidmət göstərən qəbul mərkəzində müasir informasiya texnologiyalarından geniş istifadə edilib. Müraciətlərin rahat və növbəli qəbulu üçün mərkəzdə məlumat stendi, elektron növbə sistemi, informativ monitorlar quraşdırlıb. Bundan başqa, vətəndaşların onlayn məlumat əldə edə bilmələri üçün elektron tablolar və özünəxidmət köşkü yerləşdirilib. Burada ana və uşaq otağı, o cümlədən əlil arabalarından istifadə və fiziki qüsurlu insanların rahat hərəkət etmələri üçün bütün tələblər nəzərə alınıb. Bakı şəhər regional miqrasiya idarəsi Atatürk prospekti 189 ünvanında yerləşir.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 2 nəfər öldü
27.05.2020
Salyandakı mərkəzi kitabxanada 250 ildən çox yaşı olan iki Qurani-Kərim kitabı saxlanılır
27.05.2020
Ramazan bayramı və Respublika Günü münasibətilə tədbir-Masallıda
27.05.2020
Masallıda mobil qrupların fəaliyyəti davam etirilir
26.05.2020
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info