Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi uşaq evində keçirilən Novruz şənliyində iştirak edib
Tarix: 06.03.2019 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Daşkənd vilayətinin Buka şəhərindəki 15 nömrəli uşaq evində keçirilən Novruz şənliyində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib. Əvvəlcə uşaqlar və müəllimlər Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan kitab, foto, Azərbaycanın mənzərələri, Qarabağın milli qadın və kişi geyimləri, suvenirlərdən ibarət sərgi ilə tanış olublar. Sərgidə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair çap olunan çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, dövlətçiliyimizə dair kitablar nümayiş olunub. AMM-nin direktor müavini Polad Zeynalov iki ölkənin dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin gələcək inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında uşaqların elm və biliklərə yiyələnməsinin vacib olduğunu vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışıb. Sonra uşaqlar özbək və dünya xalqlarının mahnı və rəqslərini, AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Konsert başa çatdıqdan sonra uşaqlar bayram süfrəsinə dəvət olunub, onlar plov və müxtəlif şirniyyatlara qonaq ediliblər.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Gözəl mahnı möhtəşəm ifada
26.05.2020
“Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
26.05.2020
Ədəbiyyatın əbədiyaşarlıq ünvanı
26.05.2020
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
25.05.2020
Akademik Musiqili Teatr “Ər və arvad“ tamaşasının 110 yaşını qeyd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info