Fevralda “Azərişıq”a müraciət edən sahibkarların sayı 2 dəfə artıb
Tarix: 06.03.2019 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Fevral ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə 449 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət edib. Fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq sahibkarların müraciəti ötən aylarla müqayisədə demək olar 2 dəfəyə yaxın artıb. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının belə sürətlə artması sözsüz ki, aparılan islahatlarla bağlıdır. Qeyd edək ki, iki ay öncə, daha dəqiqi ötən ilin dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalanıb və fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bundan başqa şəbəkəyə qoşulma ilə bağlı kVt-a görə vahid tarifin tətbiq olunması və Azərişıq ASC-nin elektron xəritəsinin “ASAN xidmətin” işinə inteqrasiya edilməsi də sahibkarların işini daha da asanlaşdırıb.
Bununla yanaşı fevral ayında 3344 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Ümumilikdə isə fevral ayı ərzində Azərişıq ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə 25266 müraciət daxil olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info