Rusiya səfiri: İnanıram ki, UNEC məzunları Rusiya-Azərbaycan iqtisadi əlaqələrinə töhfələr verəcək
Tarix: 06.03.2019 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Bildirilib ki, UNEC regionun 4 dildə ali təhsil verən və Rusiya Federasiyasında filialı olan yeganə universitetidir. UNEC-də rus dilində tədrisə böyük önəm verildiyini diqqətə çatdıran rektor Rus İqtisad Məktəbinin (RİM) fəaliyyətindən söz açıb, fakültədə 9 ixtisas üzrə iqtisadyönümlü tədris həyata keçirildiyini qeyd edib. UNEC-in Avropanın nüfuzlu universitetləri ilə magistratura və bakalavr pilləsi üzrə ikili diplom proqramlarından və əməkdaşlıq münasibətlərindən söz açan Ə.Muradov, Rusiyanın ali təhsil müəssisələri ilə də bu istiqamətdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. UNEC-in Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması əldə edildiyini, Plexanov adına Rusiya İqtisad Universiteti və “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti ilə əməkdaşlıq proqramlarının həyata keçirildiyini vurğulayıb. M.Boçarnikov Azərbaycanda rus dilinə olan marağı hər iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirib. Azərbaycanda rusdilli təhsilin davam etdirilməsi məqsədi ilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlğın qurulması və genişləndirilməsinə dəstək göstərəcəyini deyib. Görüşdə Rusiyanın ali təhsil müəssisələri ilə birgə elmi jurnalların dərc olunması, yay məktəbinin təşkili, müəllim-tələbə mübadiləsinin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Sonra rusiyalı diplomat Rus İqtisad Məktəbinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb. UNEC-də RİM-nin yaradılmasını mühüm hadisə adlandıran səfir, fakültənin məzunlarının öz bilik və bacarıqları ilə Rusiya və Azərbaycanın iqtisadi əlaqələrinin inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Səfir müəllim və tələbələrin Rusiya universitetləri ilə əməkdaşlıq məsələləri, birgə elmi tədqiqatların aparılması, Xəzəryanı dövlətlərlə beyin mərkəzlərinin yaradılması, o cümlədən Rusiya-Azərbaycan münasibətləri, iqtisadi əlaqələrin inkişafı və digər məsələlərlə bağlı suallarını cavablandırıb. Hər iki dövlət arasındakı münasibətlərin qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyinə diqqət çəkən diplomat, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. M.Boçarnikov Rusiya ilə elm və təhsil sahəsində əməkdaşlığın qurulması istiqamətində təkliflərin hazırlanaraq səfirliyə təqdim edilməsini tövsiyə edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust tarixlərində aparılacaq
26.05.2020
“Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları”
26.05.2020
“Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir”
26.05.2020
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub
26.05.2020
Vikipediyada Özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info