İmkansız ailələrdən olan 4 minə yaxın tələbə həmkarlar ittifaqları təşkilatlarının hesabına pulsuz nahar edir
Tarix: 06.03.2019 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ali məktəb tələbələrinin sosial problemlərini diqqət mərkəzində saxlayır və onun həlli üçün müvafiq addımlar atır. Bunu AHİK-ın yığıncağında konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Sədr bildirib: “Əlaçı və ictimai işlərdə fərqlənən ali məktəblərin tələbələrinə həmkarlar ittifaqının vəsaiti hesabına adlı təqaüdlər ödənilir, orta məktəb şagirdlərinin bir hissəsinə təqaüd verilir. İmkansız ailələrdən olan 4 minə yaxın tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir”. Onun verdiyi məlumata görə, tələbələrin yemək xərclərinə 341 min manat, adlı təqaüdlərə görə 201 min manat, müsabiqə qaliblərinin mükafatlandırılmasına 194 min manat, “Maarifçi” Tələbə Kredit Fondunun maliyyələşməsinə 100 min manat, gənclər üçün təşkil olunmuş “Ölkəmizi tanıyaq” layihəsinin maliyyələşdirilməsinə 483 min manat vəsait sərf olunub. Bundan başqa, həmkarlar ittifaqları təşkilatları tərəfindən ümumilikdə 66 aztəminatlı ailənin uşaqlarının təhsil haqqı ödənilib, 156 ailəyə aylıq təqaüdlər təyin edilib.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Məhərrəm ayı bu tarixdə başlayacaq
26.05.2020
Çimərliklərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib
26.05.2020
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
25.05.2020
Pandemiya Bakı sakinlərinin 44%-nin maddi durumuna təsir edib
24.05.2020
Ramazan bayramının qaydaları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info