Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Tarix: 06.03.2019 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində ilk toplantı keçirilib


Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması məqsədi daşıyan birgə layihəyə start verib. Layihə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlərin, mətbuat konfranslarının və brifinqlər keçirilməsini nəzərdə tutur. Bu gün keçirilmiş ilk brifinqdə ölkənin tanınan, ictimai rəyə təsir göstərən KİV-lərinin 40-dan çox əməkdaşı iştirak edib. Toplantı Ədliyyə Nazirliyinin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli toplantıda çıxış edərək bildirib ki, təmsil olunduğu qurum indiyədək müxtəlif dövlət orqanları ilə birgə jurnalistlərin ayrı-ayrı sahələr üzrə biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirib. Bu tədbirlər həm jurnalistlərin praktik biliklərinin artırılmasını, həm də ixtisaslaşmalarının dərinləşməsini təmin etmək məqsədir daşıyır. AR Ədliyyə Nazirliyi ilə birgə təşəbbüsün də bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayan M.Ələsgərli onu da bildirib ki, Şuranın Ədliyyə Nazirliyi ilə layihəsi özünün əhatəliliyi ilə diqqət çəkir. Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətin getçəkləşdirilməsi imkan verəcək ki, jurnalistlər ümumən hüquqi biliklərini dərinləşdirsinlər. Çünki ədliyyə hüququn bir çox istiqamətlərini özündə birləşdirən kifayət qədər böyük sistemdir. Həm də bu sistem əhali qruplarını əhatə etməsinin genişliyi ilə də diqqət çəkir.
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ƏN ilə MŞ-nin birgə əməkdaşlığının faydalı nəticələr verəcəyini əsaslandırıblar. Onlar bildiriblər ki, belə tədbirlər ümumən dövlət qurumları ilə medianın əməkdaşlığının müasir forma və üsullarının tətbiqinə şərait yaradılmasını, mövcud istiqamətdəki problem və anlaşılmazlıqların tez bir zamanda aradan qaldırılması üçün anlaşma mühitinin daha da dərinləşməsini təmin edir.
Brifinqdə ƏN-nin icra baş idarəsinin rəisi Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov çıxış edərək nazirliyin mühüm fəaliyyət istiqamətləri olan icra və probasiya xidmətlərinin istintaq və cəzaların icrası sahəsində fəaliyyətindən, bu qurumların gördüyü işlərdən danışıblar.
Brifinq çərçivəsində QHT və KİV nümayəndələri tərəfindən çıxışlar edilib, sual-cavab sessiyası keçirilərək, tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb. Sonda KİV nümayəndələri Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
25.05.2020
Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info