Krançı qadın: “Bacarıq və cəsarət varsa, hər bir qadın istənilən kranı idarə edə bilər”
Tarix: 07.03.2019 | Saat: 12:24:00 | E-mail | Çapa göndər


Onun yüksəklik qorxusu yoxdur. Hər səhər fərqli hündürlüklərə malik kranlara çıxır, gəmi təmiri zamanı ustaların istədiklərini yuxarı qaldırır, lazım olmayan hissələri isə körpüyə qaytarır.
Söhbət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun cəsarətli qadın krançılarından biri Firəngiz Rüstəmovadan gedir.
Firəngiz Rüstəmova 1967-ci ildə Quba rayonunun Səbətlər kəndində doğulub. 14 nömrəli peşə məktəbini bitirib. Əmək fəaliyyətinə keçmiş İlham Allahverdiyev adına zavoddan başlayıb. Bir müddət qəlibləyici sexində çalışan Firəngiz xanım 2004-cü ildə krançı olmaq qərarına gəlib.
Hazırda idarə etdiyi kran təxminən 10 metr hündürlüyündədir. İşinin öhdəsindən məharətlə gələn Firəngiz xanım peşəsini çox sevir, özünü bu sahədən kənarda təsəvvür etmir. Nə qədər qəribə olsa da, düşünür ki, krançılıq əsl qadın peşəsidir.

-Firəngiz xanım, necə oldu ki, belə çətin peşəni seçdiniz?

- Bu işə həvəsim var idi. İlham Allahverdiyev adına zavodda hər dəfə kranlara baxanda, özümə sual verirdim ki, görəsən mən kranda işləyə bilərəm? Bir dəfə eşitdim ki, krançı axtarırlar. Fürsəti qaçırmadım, sex rəisinə yaxınlaşıb krançı olmaq istədiyimi dedim. Razılaşdılar, əvvəlcə şagird kimi, sonra isə sərbəst şəkildə işə başladım.

- Asan iş deyil, bəs, ailənizdə bu istəyinizə necə baxdılar?

- Heç kim etiraz etmədi. Sadəcə, yaxşıca düşünəndən sonra qərar qəbul etməyimi məsləhət gördülər. İşin nə qədər çətin və məsuliyyətli olduğunu anlayırdım, amma insan istədikdən sonra hər şeyi bacara biləcəyinə də inanırdım. Ona görə, tərəddüd etmədən qərarımı verdim. Ailəliyəm, bir oğlum, bir qızım var. Yoldaşım da, övladlarım da həmişə mənə dəstək olurlar.

- Yəqin ki, ətrafdakıların “Qadından krançı olar?!” təəccübü ilə tez-tez rastlaşırsınız?

- İlk vaxtlarda belə fikirləri tez-tez eşidirdim. Amma zamanla ətrafım buna alışdı, qəbul etməyə başladılar. Üstəlik, gördülər ki, qadın olsam da, işimin öhdəsindən çox yaxşı gəlirəm.

- Əsasən, gəmi təmirçiləri ilə çalışırsınız. Onlarla necə yola gedirsiniz?

-Çox mehriban kollektivimiz var, hamı mənə xanım kimi çox hörmət edir. Sağ olsunlar, lazım olanda, köməyini əsirgəmirlər.

- Krançı olmaq istəyən qadınlara nə məsləhət görürsünüz?

-Məsləhətim odur ki, qorxmasınlar. Qadın üçün krançılıqdan yaxşı peşə yoxdur, əsl xanım işidir. Bacarıq və cəsarət varsa, hər bir qadın istənilən kranı idarə edə bilər.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”
16.03.2019
“Hamı “Qarabağ”ı məğlub etmək istəyir”
01.03.2019
“Milli geyimlərimiz Beynəlxalq Moda Festivalında hər kəs tərəfindən çox bəyənildi”
28.02.2019
Ötən il Neft Fondunun mənfəət nefti və qazın satışı üzrə gəlirləri 9,8 milyard dollar olub
27.02.2019
“Aranjiman və ifaçılıq işlərimiz bir çox ölkələrdə peşəkar musiqiçilər tərəfindən sevilərək dinlənilir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info