Leyla Yunusun daxilindəki erməni sevgisi
Tarix: 07.03.2019 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Uzun illərdir ki, Ermənistanın , ümumilikdə, erməni lobbisi və erməni xalqının mənafeyinə xidmət edən Leyla Yunus adlı “hüquq müdafiəçisi” yenidən antiazərbaycan fəaliyyəti ilə gündəmə gəlib. O, əgər əvvəllər aşkar şəkildə Azərbaycan dövləti əleyhinə çıxışlar edirdisə, indi öz xalqına qarşı olan nifrətini də gizlətməməyə başlayıb. Leyla Yunus xaincəsinə bir açıqlama verərək, Azərbaycan xalqına qarşı böhtan atıb! Avropa Parlamentində keçirilən toplantıların birində canlı yayıma qatılan bu ermənipərəst qadın deyib: “Azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər. Bununla yanaşı, azərbaycanlılar erməniləri “qara paltarlı Allahsız kimi tanıdırlar”.
Yalanın bu qədəri əlbəttə görülməyib... Bu kimi təbliğatı və fikirləri ilə Leyla Yunus nəinki ermənilərin əlinə işlədiyini, həm də digər xristian dövlətlərində Azərbaycana qarşı nifrət hissi oyatmağa çalışdığını da göstərmiş oldu! Halbuki bütün dünya Azərbaycandakı multikulturalizmdən danışır, ölkəmizin tolerantlıq adası olmasını ayrı-ayrı dövlətlərin rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər də dəfələrlə bəyan ediblər. Leyla Yunus Qərbi Azərbaycandakı öz dədə-baba torpaqlarından qovulan azərbaycanlılardan fərqli olaraq, ölkəmizdə on minlərlə erməninin hələ də firavan, azad və bütün hüquqları təmin edilməklə, bərabər şəraitdə yaşadıqlarını, əlbəttə, dilə gətirməzdi. İndi erməni dəyirmanına su tökən Leyla Yunusun öz xalqının gözünün içinə baxa-baxa yalan danışmasında hansı məqsədlər güdməsi aşkar bəlli olur. Zatən bu adamın və eləcə də Ramiz və Arif Yunusların heç bir fikri və bəyanatı cəmiyyətdə ciddi qarşılanmır. Sadəcə olaraq, xalqımızın əleyhinə ağız dolusu iftiralar atması, sözün həqiqi mənasında, xainliyin, satqınlığın, agentura şəbəkəsinin aktiv üzvü olmasının ən bariz nümunəsidir və bunu bir daha oxuculara, cəmiyyətə olduğu kimi təqdim etməliyik. Əvvəlki illərdə də Leyla Yunusun və ya, eləcə də onu daim dəstəkləmiş ayrı-ayrı müxalifət nümayəndələrinin oxşar sərsəmləmələrinin şahidi olmuşuq. Məsələn, elə sosial şəbəkələr “qəhrəmanı” kimi “Facebook”da təhqirlərlə fəaliyyət göstərən Orduxan Temirxanın “ermənilər bizim düşmənimiz deyil, işğal olunmuş ərazilərdəki qəbirlərimizi ermənilər dağıtmayıblar” kimi xain, sərsəm fikirlərini xatırlatmaq olar.
Bir xatırlatmanı da edim ki, hələ illər öncə həmin bu Leyla Yunus Ermənistanın xüsusi xidmət orqanlarının təlimatları əsasında işləyən müxtəlif erməni QHT-ləri ilə əməkdaşlıq edirdi və bu barədə dəfələrlə məqalələr də yazmışdıq. Leyla Yunusun “Sülh və Demokratiya İnstitutu” adı altında dəfələrlə Ermənistana səfər edib, orada görüşlər keçirməsini xatırlatmaq da olar. Həmin dövrdə o, “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” adı altında birgə layihələr həyata keçirirdi. Azərbaycan torpaqlarının 20 faizinin uzun müddətdir işğal altında saxlandığı, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdiyi, münaqişənin həllində qeyri-konstruktiv mövqe tutduğu bir vaxtda ermənilərlə birgə layihələrin həyata keçirilməsi Vətənə ən böyük xəyanət idi. Günümüzdə də o xəyanət davam edir...
Hətta bir xatırlatmanı da edim ki, o həbs edilərkən, ilk və kəskin reaksiya Ermənistandakı ayrı-ayrı “hüquq müdafiəçiləri”, QHT rəhbərlərindən gəldi... Bu gün də həmin ermənipərəst fəaliyyətini Avropada davam etdirən Leyla Yunus təxminən iki həftə öncə ildönümünü qeyd etdiyimiz Xocalı faciəsi haqqında niyə bir kəlmə belə söz açmır? Niyə erməni maşası ortada olan faktlara, Xocalı soyqırımı şahidlərinə- az qala bütün nəsli qırılanlara, bütün ailə üzvlərini itirənlərə, əlində, üzündə siqaret söndürülən körpələrdən tutmuş, Serj Sarkisyanın Xocalı soyqırımını etiraf edən “məşhur” açıqlaması, Zori Balayanın xatirələrindəki o dəhşətli yazılı qeydlərinə qədər olan məqamlara göz yumur?
Bir məsələni də xüsusi olaraq qeyd edim ki, 3-4 il əvvəl bu erməni maşasını müxalifətin qəhrəmanı etmişdilər. Görəsən, indi müxalifətdəkilər məlum açıqlamaya, bu böhtan və iyrənc dolu fəaliyyətə nə ad qoyacaqlar?! Zatən müxalifətdəkilər üçün nə əhəmiyyəti? Təki kimsə hakimiyyətə, dövlətə qarşı çıxsın, onun haqlı ya haqsız olması, agent və ya ermənipərəst olması müxalifətdəkilər üçün elə də əhəmiyyətli deyil. Çünki bir “zəhərli böcək” də hakimiyyətə, iqtidara qarşı olsa, müxalifət onu özününkü sayacaq. Əsas saydır! Say çox olsun.




 
Müəllifin son yazıları

20.06.2019 İslahatlar müxalifəti niyə narahat edir?
11.02.2019 Qərəzin də bir həddi var...
31.01.2019 “Milli şura”nın növbəti iflası
20.05.2013 Sürücülük mədəniyyəti və artan qəzalar…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info