Suraxanıdakı Novruz yarmarkası həm satıcıların, həm də alıcıların ürəyincədir
Tarix: 09.03.2019 | Saat: 13:14:00 | E-mail | Çapa göndər



Prezident İlham Əliyevin tapşırığı ilə martın 2-dən etibarən paytaxtın 14 ünvanında, eləcə də ölkənin bütün şəhər və rayon mərkəzlərində fəaliyyətə başlayan Novruz yarmarkaları davam edir.

AZƏRTAC xəbər verir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli V yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində fəaliyyət göstərən Novruz yarmarkasında da əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Yarmarkaya Balakən, Zaqatala, Şəki, İsmayıllı və Gədəbəy rayonlarından ümumilikdə 80-dək fermer tərəfindən 100-dək çeşiddə 10 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev AZƏRTAC-a bildirib ki, təklif edilən kənd təsərrüfatı məhsullarının qiyməti bazarla müqayisədə təqribən 25-30 faiz ucuzdur. Yarmarkada süni qiymət artımının qarşısının alınması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.
Bayram yarmarkalarında yaradılmış şərait həm satıcıların, həm də alıcıların ürəyincə idi. Bu da təsadüfi deyildi. Çünki yarmarkalara üz tutan vətəndaşlar bayram süfrələrini keyfiyyətli məhsullarla zənginləşdirməklə yanaşı, həm də ailə büdcələrinə qənaət etmək imkanı əldə edirdilər.
Şəki rayonundan olan fermer Vasif Məmmədov deyib: “Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün hərtərəfli şərait mövcuddur. Neçə illərdir ki, özümə məxsus 1 hektar ərazidə müxtəlif növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul oluram. Halal zəhmət hesabına dolanışığımı təmin edirəm. Elə ötən mövsüm ərzində də bol məhsul yetişdirməyə nail olmuşam. Bu gün dövlətimiz fermerlərə hərtərəfli dəstək göstərməklə yanaşı, onların öz məhsullarını bazara çıxarmalarına şərait yaradır. Elə Novruz yarmarkaları da kəndlinin halal zəhməti, alın təri hesabına yetişdirdiyi məhsulu bazara çıxarıb satmaq üçün əla bir fürsətdir. Buna görə də, mən vətəndaşlar üçün belə bir şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Rayon sakini Töhfə İsmayılova da yarmarkada yaradılmış hətrərəfəli şəraitdən razılığını bildirib: “Ölkəmizdə Novruz yarmarkalarının keçirilməsi xoş bir ənənəyə çevrilib. Burada təklif edilən məhsulların həm keyfiyyəti, həm də qiymətləri alıcıları tam qane edir. Özüm yaxınlıqda yaşadığım üçün bayram alış-verişi üçün hər il bura üz tuturam. Bu mənə həm vaxta, həm də büdcəmə qənaət etməyə imkan yaradır”.
Yeni Günəşli, AB massivinin sakini Zakir İbrahimov da bayram bazarlığı üçün yolunu məhz buradan salmışdı. O deyib: “Yarmarkada yaradılan hərtərəfli şərait, məhsul bolluğu və münasib qiymətlər sakinlərdə bayram-əhval ruhiyyəsini qat-qat artırır. Dükan-bazarla müqayisədə qiymətlərin xeyli ucuz olması buraya üz tutan hər kəsdə müştəri məmnunluğu yaradır. Ötən Novruz bazarlığımı da məhz bu yarmarkada etmişdim. Hətta deyərdim ki, aldığım məhsulların qiymətləri keçənildəkindən də ucuzdur”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info