Prezidentə təqdim olunan bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq
Tarix: 09.03.2019 | Saat: 13:25:00 | E-mail | Çapa göndər


Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir.
Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.
Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlətimizin başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib. Deyib ki, Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq. Həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir. “Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”,- deyə Z.Nağdəliyev bildirib.
Z.Nağdəliyev qeyd edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”
19.05.2019
Millət vəkili: Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşdır
18.05.2019
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info