Sitrus meyvələri sahəsində ixrac potensialı yaradılır
Tarix: 11.03.2019 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur

Kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə ölkəmiz üçün ənənəvi olan sahələr dirçəldilir, bərpa edilir, yeni sahələr yaradılır. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə çox böyük nəticələr əldə edilib. Bunu həm reallaşan tədbirlər, həm də statistik göstəricilər göstərir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir.
Əhalinin ərzaq məhsullarına tələbatının davamlı şəkildə ödənilməsi məqsədi ilə son illərdə qəbul edilmiş dövlət proqramlarının icrası, aqrar sahənin ixracyönümlü məhsullarının istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər də ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olub, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb.

Dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxılır

Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün ölkəmizin cənub bölgəsində əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsini zəruri edir. 2017-ci ildə ölkədə sitrus bağlarının ümumi sahəsi 2010-cu illə müqayisədə 1,9 dəfə artaraq 3191,2 hektar təşkil edib, məhsul istehsalı isə 2,2 dəfə artaraq 42,8 min tona çatdırılıb. 2017-ci ildə ölkəmizə 18,9 milyon dollar dəyərində 30,6 min ton sitrus meyvələri, o cümlədən 12,6 min ton portağal, 11,9 min ton limon, 4,6 min ton naringi, 1,5 min ton qreypfrut və digər sitrus meyvələri idxal edilib. Prezidentin 12.09.2017-ci il tarixli “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq kənd təsərrüfatının ənənəvi sahələrindən olan sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı, əhalinin bu məhsullara tələbatının ödənilməsi, habelə ixrac imkanlarının genişləndirilməsi, kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
Ölkə başçısı ölkədə sitrus meyvələrinin istehsalının genişləndirilməsinin vacibliyini vurğulayıb: “Sitrus meyvələrinin istehsalına çox böyük diqqət göstərilir. Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin. Beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq. Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq. Verilən tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz bu məqsədə çatacağıq. Bununla paralel olaraq, biz bu məhsullar üçün ixrac bazarlarını da axtarmalıyıq”.
Bu gün ölkədə sitrus meyvələri, o cümlədən limon yetişdirilir ki, iqtisadi rayonlar sırasında Lənkəran zonası limon istehsalının 98%-ni təşkil edir. Limonun 200-ə yaxın sortu var ki, bunlardan ölkəmizdə daha geniş yayılanları Meyer, Yeni Gürcüstan, Lisbon, Villa-Franka, Udarnik sortlarıdır. Mütəxəssislərin fikrincə, hektardan orta hesabla 240-250 sentner məhsul alınarsa həmin sahədən 6000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 97% təşkil edir. “Sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.

Türkiyə yanvar ayında Rusiyaya 10 milyon dollarlıq limon ixrac edib

Dünyada limon istehsalının 18,9%-i Hindistanın (2.629.000 ton) payına düşür. Meksika (1.891.000 ton), Argentina (1.113.000 ton), Çin (1.058.000 ton) limon istehsal edən ölkələr sırasındadır. Bu gün ölkələr limon istehsalından yüksək məbləğdə gəlir əldə edirlər. Bu gün limon ixracından yüksək gəlir əldə edən ölkələr sırasında Türkiyənin də adı var. Türkiyə Şərqi Qaradəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, yanvar ayında Rusiyaya 18 min 60 ton limon satılıb. Ötən il Rusiyaya 13 min 69 ton limon ixrac olunub və Türkiyəyə 8 milyon 969 min 50 dollarlıq valyuta daxil olub. Bu dövrlər müqayisə edildikdə, limonun bu ölkəyə ixracı miqdarı baxımından 38 faiz, dəyərdə isə 13,4 faiz artıb. Ahmet Hamdi Gürdoğan, təzə meyvə və tərəvəz ixracında Rusiyanın əhəmiyyətli bir bazar olduğunu söyləyib. Türkiyədən Rusiyaya yanvar ayında 88 min 901 ton təzə meyvə- tərəvəz ixrac edildiyini deyən Gürdoğan, bunun qarşılığında 53 milyon 961 min 696 dollar gəlir əldə edildiyini vurğulayıb. Türkiyədən Rusiyaya sadəcə yanvar ayında 18 min 60 ton limon ixrac edilib ki, bu da 10 milyon 172 min 644 dollar gəlir gətirib. Gürdoğan, Rusiyaya ixracatda limonun əhəmiyyətli yer tutduğunu, Türkiyədən Rusiyaya limon satışının artdığını qeyd edib. Ahmet Hamdi Gürdoğan, limonun ixracının daha da artacağına inandıqlarını söyləyib. Təzə meyvə- tərəvəz ixracatçılarının keçən il Rusiya bazarında bəzi problemlər yaşadığını xatırladan Gürdoğan deyib: “Rusiyaya girişdə keçən il yaşanan problemlər səbəbiylə ixracatçılarımız çox çətinlik çəkdi. Bu problemlərin 2019-cu ildə həll olunacağına ümid edirik. Rusiyaya yeni dövrdə daha çox ixrac reallaşdırılmasını və sektorun daha yaxşı səviyyələrə gəlməsini gözləyirik. İlə gözəl rəqəmlərlə başladıq, bu cür də davam edəcəyinə inanırıq”. Qeyd edək ki, 2017-ci ildə ölkədə 4580,5 ton limon istehsal edilib ki, onun 4522,6 tonu Lənkəranın payına düşür. Bu gün ölkədə limonla bağlı daxili istehlakın ödənilməsində heç bir problem yoxdur. Lakin istehsalın daha da genişləndirilməsi və ixracın artırılması ölkəyə valyuta axınına səbəb ola bilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
10.08.2019
Radikallar dövlətin mənafelərini, vətəndaşların hüquqlarını qoruyan polisdən nə istəyirlər?
07.08.2019
AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi
05.08.2019
“Azərbaycan dövlətini və xalqını xaricdə layiqincə təbliğ etməyə çalışıram”
01.08.2019
“Ermənistanda maaşları artırmaq üçün sabit maliyyə mənbələri yoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info