Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
Tarix: 12.03.2019 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Martın 12-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında paytaxt və regionlarda fəaliyyət göstərən 30-a yaxın aktiv QHT rəhbərinin diaspor üzvlərilə virtual görüşü olub. Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin təşəbbüs və təşkilatçılığı ilə könüllü olaraq təşkil edilib.
Öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf Yel çərşəmbəsi münasibətilə hər kəsi təbrik edərək görüşün mövzu və məqsədi haqqında məlumat verib. Nərgiz Xələf qeyd edib ki, bir il ərzində Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində görülən işlər uğurlu nəticələr verib.
Sonra Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, ölkə daxilindəki ictimai birliklərlə diaspor üzvlərinin əməkdaşlığı çərçivəsində perspektivdə orijinal layihələr həyata keçiriləcək.
Daha sonra diaspor üzvlərilə videobağlantı yaradılıb. Azərbaycan-Alman Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri Azad Rəhimov, “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova, İngiltərədə “Qafqaz” idman klubunun, eləcə də Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyini rəhbəri Hafiz Baxşəliyev virtual formada tədbirə qoşularaq Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, perspektiv fəaliyyətləri haqda danışıblar. Diaspor üzvləri qeyd ediblər ki, əsas məqsədləri Azərbaycanı xaricdə tanıtmaq və onun mənafeyi uğurunda əllərindən gələni etməkdir. Bildiriblər ki, Azərbaycandakı QHT nümayəndələrinin diaspor üzvlərinin fəaliyyətinə belə dəyər verməsi onları motivasiya edir. Konfrans zamanı virtual qonaqlara suallar verilib, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Tədbirdə QHT rəhbərləri fəaliyyətlərini genişləndirmək üçün birgə layihələrin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin uğurları hər bir vətənpərvər azərbaycanlını sevindirir.

Əkbər Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info