“Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir”
Tarix: 12.03.2019 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Xalid Əl-Uteybinin rəhbərlik etdiyi Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xalid Əl-Uteybinin rəhbərlik etdiyi Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyindən bildiriblər ki, qonaqları salamlayan nazir Elmar Məmmədyarov ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və iqtisadi əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğulayıb. Azərbaycanın Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etdiyini bildirən nazir iki ölkə arasında birbaşa hava əlaqəsinin mövcudluğunun turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Azərbaycana səfərdən məmnunluğunu bildirən Xalid Əl-Uteybi ikitərəfli münasibətlərin qədim tarixə əsaslandığını söyləyərək, ticarət əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Küveytin Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini xüsusi vurğulayıb.
Münaqişə ilə bağlı Küveytin ədalətli mövqeyinə və dəstəyinə görə təşəkkürünü ifadə edən nazir Elmar Məmmədyarov müstəqilliyimizin ilk illərində azərbaycanlı qaçqın və məcburi köçkünlərə Küveytin humanitar yardımını yüksək qiymətləndirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
“Küveyt Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir”
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da ölkəmizdə səfərdə olan Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanın Küveytlə münasibətlərin daha da dərinləşməsinə önəm verdiyini bildirərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan və Küveyt müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında yaxşı əməkdaşlıq edirlər.
Milli Məclis sədrinin birinci müavini bildirib ki, ölkələrimiz arasında siyasi, ticari, mədəni sahələrdə yaxşı əlaqələr formalaşıb, parlamentlərarası münasibətlər də inkişaf etməkdədir. Bu cür görüşlərin keçirilməsi əməkdaşlığın daha da genişlənməsinə töhfəsini verəcək.
Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verərək bildirib ki, münaqişə nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib.
Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xalid Əl-Uteybi ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu bildirərək vurğulayıb ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir.
Söhbət zamanı Azərbaycan-Küveyt əlaqələrinin perspektivlərinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

“Danışıqlar prosesini ləngitmək, təxribat törətmək Ermənistan rəhbərliyinin köhnə siyasətidir”
Yeri gəlmişkən, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin Ermənistan tərəfindən narahatlıq doğurmasına münasibət bildirərkən deyib ki, Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir (Trend).
Z.Əsgərov qeyd edib ki, bu hərbi təlimlər Ali Baş Komandan tərəfindən təsdiq olunur, plan əsasında həyata keçirilir: "Azərbaycan suveren dövlətdir və nə vaxt istəsə, hərbi təlimlər keçirə bilər. Bu bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik".
I vitse-spiker vurğulayıb ki, Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir: "Digər tərəfdən, Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir".

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesini ləngitmək, təxribat törətmək Ermənistan rəhbərliyinin köhnə siyasətidir. Z.Əsgərov qeyd edib: "Biz Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tanımırıq. Sözsüz ki, Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışları sülh danışıqlarının düzgün məcrada aparılmasına mane olur. Ermənistan danışıqlardan yayınmaq, prosesi pozmaq üçün hər zaman müxtəlif bəhanələr gətirir: format dəyişdirilsin, qondarma rejim danışıqlarda iştirak etsin və s".
I Vitse-spiker bildirib ki, bu format 1992-ci ildən ATƏT-in Minsk qrupu tərəfindən təsdiq edilib və danışıqlar da bu istiqamətdə davam etdirilməlidir:
"Bizim mövqeyimiz hamıya – beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bəllidir. Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir. Çünki münaqişə Azərbaycan və Ermənistan arasındadır, torpaqlarımızı Ermənistan işğal edib. Amma Ermənistan hər vəchlə danışıqların bu formatda aparılmasına mane olmağa çalışır. Minsk qrupunun həmsədrləri də hesab edir ki, danışıqların formatı dəyişilməz olaraq qalmalıdır. Biz danışıqların bu istiqamətdə getməsinin tərəfdarıyıq".
O vurğulayıb ki, Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq olub: "Danışıqlar prosesini ləngitmək, qeyri-səmimilik, təxribat törətmək Ermənistan rəhbərliyinin köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur. Hər halda bizim səbrimiz tükənməz deyil. Danışıqlar prosesinin beynəlxalq hüququn bərqərar olunması, torpaqların işğaldan azad olunması və regionda sülhün bərpa olunması ilə nəticələnməsini istəyirik. Biz həm beynəlxalq hüquqdan, həm ordumuzdan, həm də beynəlxalq dəstəkdən istifadə edib, istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bütün hallarda istəyirik ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın. Əgər başqa variant olacaqsa, biz buna da hazırıq".

Erməni KİV: “ATƏT-in Minsk qrupunun sonuncu bəyanatı Paşinyanı dalana dirəyib”
Bu arada martın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan həmin iclasda iştirak etmək üçün Xankəndinə gedib. Toplantıya Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbərliyi" də qatılıb. Ermənistanın "168 jam" ("168 saat") qəzeti yazır ki, Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Ermənistan Milli Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi dalana dirənmiş vəziyyətlə əlaqədardır (Trend).
Qəzet yazır ki, iclasın gündəliyi rəsmi açıqlanmasa da, aydın məsələdir ki, belə təcili yığıncağın keçirilməsi zərurəti ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatından sonra yaranıb.
Məqalədə deyilir ki, həmsədrlər bəyanatda N.Paşinyanın qondarma rejimin danışıqlar masasında oturması ilə bağlı fikirlərinə cavab olaraq danışıqların formatının birtərəfli qaydada dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu bildiriblər.
Qeyd olunur ki, bu bəyanatdan sonra Ermənistan hakimiyyəti faktiki olaraq dalana dirənib. Bir tərəfdən, N.Paşinyan qondarma rejimin danışıqlar masasına oturması ilə bağlı bəyanatını təkzib edə bilmir, digər tərəfdən isə qondarma rejimin iştirakı məsələsinin müzakirə olunmayacağı danışıqlarda iştirak edə bilmir. Məhz bu məqam N.Paşinyanı Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyə məcbur edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info