İlahiyyat İnstitutunda “Din və elm” mövzusunda seminar təşkil olunub
Tarix: 13.03.2019 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş “Din və elm” mövzusunda seminar təşkil edilib. İnstitutdan bildirilib ki, tədbiri açan rektor Ceyhun Məmmədov müasir dövrdə elm və təhsilin cəmiyyətin inkişafında rolundan bəhs edib. O bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verilir, dövlətimiz bu sahəyə daim diqqət və qayğı ilə yanaşır. Tələbələrin nitq və polemika qabiliyyətinin, özünüifadə bacarığının, tənqidi təfəkkürün formalaşmasına xüsusi önəm verildiyini qeyd edən rektor dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə institutda ardıcıl seminarlar, görüşlər təşkil olunduğunu deyib. O nəzərə çatdırıb ki, ali təhsil müəssisəsi elmi və mədəni inkişafı təmin etmək məqsədilə müxtəlif konfrans, dəyirmi masa və görüşlərin təşkilinə xüsusi önəm verir.
“Din və elm” mövzusunda məruzə ilə çıxış edən professor Şahlar Əsgərov din və elm məfhumlarının qısa tarixinə nəzər salıb. O bildirib ki, din və elmi bir həqiqətin iki fərqli üzü kimi də xarakterizə etmək mümkündür. Elmin və tərəqqinin insan həyatındakı xüsusi əhəmiyyətini vurğulayan alim bu amilin gənclərin formalaşmasındakı rolundan ətraflı bəhs edib. Görüşdə digər elmlərin İslam dini ilə sıx və qarşılıqlı münasibətdə olduğu bildirilib. Qeyd olunub ki, din insan tərəfindən əldə edilən elmi nailiyyətləri dəstəkləyir, hətta insanları təkidlə elm öyrənməyə dəvət edir. Daha sonra tələbələrin sualları cavablandırılıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
19.05.2019
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19.05.2019
Şəkidə ali məktəblərə qəbul imtahanları dörd mərkəzdə aparılıb
19.05.2019
Şimal bölgəsinin 1500-ə yaxın məzunu biliyini Xaçmaz şəhərində yaradılan imtahan mərkəzlərində sınayıb
19.05.2019
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info