ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir
Tarix: 13.03.2019 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


ABŞ Azərbaycanlıları Şəbəkəsinin təmsilçisi Nümayəndələr Palatasının alt komitəsindəki dinləmələrdə çıxış edib

“Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə öz mövqeyini təsdiq edərək, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasında 1416 nömrəli və 2008-ci ildə BMT Baş Assambleyasında 62/243 nömrəli qətnamələr qəbul etməklə, Azərbaycanın “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” ölkəmizin “suverenliyinə və ərazi bütövlüyünə daimi hörmət və dəstəyini” bir daha təsdiqləyib və erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz olaraq çıxarılmasını “tələb” edərək vurğulayıb ki, “heç bir dövlət Azərbaycan ərazilərinin işğal altında saxlanılması üçün Ermənistana kömək, yaxud dəstək göstərməməlidir”

“ABŞ Konqresinin qəbul etdiyi 2016-cı ildə büdcə ayırmaları haqqında konsolidasiyalı qanunun 7069-cu bölməsinin HR2029-cu qətnaməsində və ABŞ Prezidentinin 2015-ci ilin dekabrında imzaladığı qanunda deyilir ki, “keçmiş Sovet İttifaqının müstəqil dövlətinin keçmiş Sovet İttifaqı regionunda hər hansı digər müstəqil dövlətin ərazi bütövlüyünə və suverenliyinə qəsd edən hər hansı hərəkətlər etdiyi zaman” ona vəsait ayrılması qadağan edilir”

Vaşinqtonda ABŞ Nümayəndələr Palatasının Büdcə Ayırmaları Komitəsinin dövlət, xarici əməliyyatlar və qarışıq proqramlar üzrə Alt komitəsinin 2020-ci maliyyə İlində xarici ölkələrdə, həmçinin dünyanın müxtəlif dövlətlərində və ərazilərində, o cümlədən Ermənistan və Azərbaycanda layihələr həyata keçirən beynəlxalq və qeyri-hökumət təşkilatlarına maliyyə yardımının ayrılması ilə bağlı dinləmələri keçirilib. Alt Komitədə maliyyə yardımının iki – ümumi və hərbi kateqoriyası nəzərdən keçirilir.
ABŞ Azərbaycanlıları Şəbəkəsi Komitəni Ermənistana heç bir maliyyə yardımı göstərməməyə və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda oyuncaq rejimə bir sent belə ayırmamağa çağırıb
Azərbaycan tərəfindən ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) üzvü Sevinc Məmmədova çıxış edib. ABŞ Azərbaycanlıları Şəbəkəsi təmsilçisinin çıxışında ABŞ Konqresinin Büdcə Ayırmaları Komitəsinə Azərbaycana 15 milyon dollar və ya daha çox ümumi yardımın, xarici dövlətlərə hərbi maliyyə yardımı Proqramı (FMF) xətti ilə 1,7 milyon dollar hərbi yardımın və beynəlxalq hərbi hazırlıq və tədris Proqramı (IMET) çərçivəsində 1 milyon və ya daha çox vəsaitin ayrılması barədə müraciət edilib. ABŞ Azərbaycanlıları Şəbəkəsi Komitəni Ermənistana heç bir maliyyə yardımı göstərməməyə və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda oyuncaq rejimə bir sent belə ayırmamağa çağırıb. (AZƏRTAC) Sevinc Məmmədova öz çıxışında Ermənistana və Azərbaycana maliyyə yardımlarının ədalətli hesablanması və ayrılmasına çağırıb. ABŞ Azərbaycanlıları Şəbəkəsi öz arqumentlərini onunla əsaslandırıb ki, Azərbaycanla müttəfiq münasibətlərinə baxmayaraq, ABŞ-ın maliyyə ayırmalarında Ermənistanın mənafeyinə uyğun disbalans mövcuddur. Birincisi, Azərbaycanın əhalisi Ermənistandan daha çoxdur; ikincisi, Azərbaycanda qaçqınların sayı Ermənistanda olduğundan xeyli artıqdır. Bundan başqa, Ermənistan Helsinki Yekun aktının müddəalarına və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 844 nömrəli qətnamələrinə zidd olaraq Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır və bununla da keçmiş Sovet İttifaqının digər müstəqil dövlətinin ərazi bütövlüyünü və suverenliyini pozur. Həmçinin qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə öz mövqeyini təsdiq edərək, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasında 1416 nömrəli və 2008-ci ildə BMT Baş Assambleyasında 62/243 nömrəli qətnamələr qəbul etməklə, Azərbaycanın “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” ölkəmizin “suverenliyinə və ərazi bütövlüyünə daimi hörmət və dəstəyini” bir daha təsdiqləyib və erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz olaraq çıxarılmasını “tələb” edərək vurğulayıb ki, “heç bir dövlət Azərbaycan ərazilərinin işğal altında saxlanılması üçün Ermənistana kömək, yaxud dəstək göstərməməlidir”.

ABŞ 2020-ci ildə Ermənistana maliyyə yardımı ayırmamalıdır. Çünki bu, ABŞ-ın federal qanunlarının pozulmasıdır
Erməni təcavüzündən danışan S.Məmmədova qeyd edib ki, Ermənistan rəhbərliyi öz bəyanatlarında dəfələrlə Azərbaycana, o cümlədən Qərb şirkətləri tərəfindən idarə olunan energetika infrastrukturuna “qabaqlayıcı zərbə” vurmaqla və “bərpası mümkün olmayan zərər” verməklə bağlı təhdidlər səsləndirib. Çıxışda Ermənistanın 2016-2017-ci illərdə kredit hesabına aldığı hərbi avadanlığın, o cümlədən “İsgəndər-M” hipersəsli ballistik raket komplekslərinin əldə olunmasının təfərrüatları qeyd edilib. Diqqətə çatdırılıb ki, bu raketlər 500 kilometr hərəkət radiusuna malikdir və Azərbaycanın energetika infrastrukturuna, habelə NATO-nun Türkiyədəki strateji obyektlərinə çata bilər. ABŞ Azərbaycanlıları Şəbəkəsinin məruzəsində qeyd olunub ki, hər hansı digər ölkələr kimi, Birləşmiş Ştatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, beynəlxalq miqyasda tanımış sərhədlərin pozulmasını pisləyir. ABŞ Konqresinin qəbul etdiyi 2016-cı ildə büdcə ayırmaları haqqında konsolidasiyalı qanunun 7069-cu bölməsinin HR2029-cu qətnaməsində və ABŞ Prezidentinin 2015-ci ilin dekabrında imzaladığı qanunda deyilir ki, “keçmiş Sovet İttifaqının müstəqil dövlətinin keçmiş Sovet İttifaqı regionunda hər hansı digər müstəqil dövlətin ərazi bütövlüyünə və suverenliyinə qəsd edən hər hansı hərəkətlər etdiyi zaman” ona vəsait ayrılması qadağan edilir. Bundan başqa, qanunun 7070-ci maddəsində deyilir ki, digər suveren dövlətlərin ərazisinin ilhaqını dəstəkləyən addımlar atan dövlətlərə də vəsaitlər ayrıla bilməz. ABŞ Azərbaycanlıları Şəbəkəsi vurğulayıb ki, bu faktlara əsaslanaraq, ABŞ 2020-ci ildə Ermənistana maliyyə yardımı ayırmamalıdır. Çünki bu, ABŞ-ın federal qanunlarının pozulmasıdır.
“Maliyyə yardımı Dağlıq Qarabağ kimi beynəlxalq ictimaiyyət tərəfindən nəzarət olunmayan ərazilərdə narkotik maddə alverini asanlaşdırır”
Ötən illər ABŞ Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimə vəsait ayırıb. Bu, ABŞ qanunlarına ziddir və Birləşmiş Ştatları Bakıdakı legitim hökumətin başı üzərindən işğalçı rejimə pul vəsaiti verən yeganə dövlətə çevirir. ABŞ hökuməti Abxaziya və Cənubi Osetiya (Gürcüstan), Donbas (Ukrayna) və Dnestryanı (Moldova) münaqişə zonalarına bu məbləğdə maliyyə yardımı ayırmır. Dağlıq Qarabağdakı erməni separatçılarına göstərilən maliyyə yardımı Azərbaycan torpaqlarının işğalının və qaçqınların vəsiyyətində böhranın davam etməsinə şərait yaradır, həmçinin Dağlıq Qarabağ kimi beynəlxalq ictimaiyyət tərəfindən nəzarət olunmayan ərazilərdə narkotik maddə alverini asanlaşdırır. Bundan başqa, məruzədə Azərbaycan və ABŞ arasında energetika və təhlükəsizlik sahələrində uğurlu tərəfdaşlığın təfərrüatları göstərilib. Yuxarıda göstərilən məlumatlara və faktlara əsaslanan ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ Nümayəndələr Palatasının Büdcə Ayırmaları Komitəsinin dövlət, xarici əməliyyatlar və qarışıq proqramlar üzrə Alt komitəsini onları nəzərə almağa və maliyyə yardımını ədalətli şəkildə bölməyə çağırıb.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info