“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “İxrac strategiyası” mövzusunda təlim keçirib
Tarix: 14.03.2019 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “İxrac strategiyası” mövzusunda maarifləndirici seminar keçirilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə təlimi giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində köklü islahat tədbirləri həyata keçirilib. N.Hacızadə qeyd edib ki, belə təlimlərin mütəmadi keçirilməsində məqsəd ixracatçı sahibkarlara ölkədə aparılan iqtisadi islahatlar, ixrac prosedurlarında olan yeniliklər haqqında, o cümlədən, yerli məhsulların xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması və sadələşdirilməsi barədə məlumat verməkdi.
Təlim zamanı ticarətlə məşğul olmaq istəyən sahibkarlara ixrac strategiyasının çərçivələri, ixrac ölkələrində doğru seçim qaydaları izah edilərək, beynəlxalq ticarətin ölkəmiz üçün əhəmiyyəti, ixraca təsir edən amillər, ixrac strategiyalarının seçimi, ixrac üçün planlaşdırılan məhsulların seçimi zamanı əsas tələblər, markaların standartlara uyğunlaşdırılması, görüntü və qablaşdırma, ixrac zamanı markaların adaptasiyası, təbliğat - təşviqat, marketinq kommunikasiyaları kimi mövzularında geniş müzakirələr aparılıb.
Seminar “Azərsun Holdinq” İnnovasiya və Marketinq departamentinin rəhbəri Ellada Əliyeva tərəfindən aparılıb. O öz çıxışında qeyd edib ki, bütün sahələrdə baş verən dinamik dəyişikliklər dünya iqtisadiyyatından da yan keçməyib və ona görə də hər bir şirkət öz üzərində bu dəyişimi hiss etməli, buna görə hərəkət etməlidir. Düzgün, vaxtlı-vaxtında qurulan ixrac strategiyaları, ixrac arsenalının genişlənməsi və ixrac olunacaq potensial ölkələrin standart tələblərinə uyğunlaşan, bu istiqamətdə çalışıb yaradılan məhsul portfelləri, məqsədyönümlü qurulmuş təbliğat-təşviqat fəaliyyəti qeyd edilən məqsədlərə çatmaq üçün atılan ən önəmli addımlardandır. Təqdimatdan sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 fevral 2017-ci il tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb
19.05.2019
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19.05.2019
Ötən ay rabitə, poçt və kuryer xidmətlərinin qiymətləri dəyişməyib
18.05.2019
Moody`s: Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək
18.05.2019
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info