Tarix İnstitutu “Bakı-İstanbul” liseyini himayəyə götürüb
Tarix: 14.03.2019 | Saat: 12:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Elmi Şuranın növbəti iclasını “Bakı-İstanbul” liseyində keçirib. Tarix İnstitutundan verilən məlumata görə, əvvəlcə institutun nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub. “Bakı-İstanbul” liseyinin direktoru Zeliha Abdullayeva Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi Elmi Şura üzvlərinə lisey barədə ətraflı məlumat verib. Zeliha Abdullayeva bildirib ki, məqsəd şagirdlərin əqli inkişafı ilə yanaşı, mədəni-mənəvi inkişafına da xidmət etməkdir. Elmi Şuranın iclasında Yaqub Mahmudov qeyd edib ki, liseyin proqramı ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında qurulub: “Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir”. Yaqub Mahmudov deyib: “Milli kimliyimizi qorumağın və müasir çağırışlara cavab verməyin yalnız bir yolu var - bu yol mükəmməl təhsildən keçir. Bu gün dünya zəka ilə, beyin ilə fəth olunur. Amma təkcə bilikli olmaq azdır, vətənin adını ucaltmaq üçün eyni zamanda, dönməz azərbaycançı olmaq gərəkdir”. AMEA-nın Tarix İnstitutu liseyi himayəyə götürüb. İnstitut liseyin kitabxanasına 300 adda 2 min kitab hədiyyə edib. İnstitut ilə lisey arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, birgə tədbirlər təşkil ediləcək və institutun alimləri liseydə Azərbaycan tarixini dövrlər üzrə qədimdən başlayaraq tədris edəcəklər. Eyni zamanda ustad dərsləri də keçiriləcək.Tarixçi alimlər liseydə tərbiyənin, tarixi şüurun və Azərbaycan dilinin önə çəkilməsi barədə çıxış ediblər. Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın və Türkiyənin tanınmış elm xadimlərinin iştirakı ilə “Bakı-İstanbul” liseyinin təntənəli açılışı olub.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
19.03.2019
ADNSU-nun “DOST xonçası” 85 yaşlı Anna Sokolovaya təqdim edilib
19.03.2019
Akademik Telman Əliyev: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
19.03.2019
Azərbaycanda ilk dəfə “Elm günü” qeyd olunacaq
18.03.2019
Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info