“SOCAR karbamid“ zavodunun tikintisi gübrə idxalını azaldacaq”
Tarix: 14.03.2019 | Saat: 13:36:00 | E-mail | Çapa göndər


"SOCAR karbamid" zavodunun tikintisi Azərbaycanda karbamid gübrə idxalını minimuma endirməyə imkan verəcək. Bunu zavodun direktoru Xəyal Cəfərov “Argus Mineral gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsalat və logistika” beynəlxalq konfransında deyib. Zavod rəhbəri qeyd edib ki, dünyada istehsal olunan karbamidin 90 faizi kənd təsərrüfatında istifadə olunur, bu, Azərbaycanda da belə olacaq. Onun sözlərinə görə, XX əsrin ortalarından başlayaraq Azərbaycan, keçmiş SSRİ məkanında xüsusən də gübrə istehsalı sahəsində əsas kimya sənayeçilərindən birinə çevrilib. X.Cəfərov deyib: "SSRİ dağılandan sonra istehsal dayanıb. Lakin Azərbaycanda kənd təsərrüfatı ənənələri olduğunu nəzərə alaraq hökumət karbamid zavodunun tikintisi barədə qərar qəbul edib". Zavod direktoru qeyd edib ki, müəssisə iki dövlət proqramı çərçivəsində inşa olunub - birinci proqram Azərbaycanın ərzaq təhlükəsizliyi, digər proqram isə sənayenin inkişafı ilə bağlıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
19.05.2019
Daşkəsəndə 217 nəfər ödənişli ictimai işlərə cəlb olunub
19.05.2019
Sabunçu rayonunda mənzildə baş verən yanğın bir nəfərin ölümünə səbəb olub
18.05.2019
Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində yanğın baş verib
18.05.2019
90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info