Bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir
Tarix: 14.03.2019 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Bizim xarici siyasətimizdə dəyişiklik edilməyib. Burada hər hansı yeni bir siyasətdən söhbət gedə bilməz. Ancaq təbii ki, dünyada vəziyyət dəyişir və bizim xarici siyasət təşəbbüslərimiz də ona uyğunlaşdırılır. Amma bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir. Xarici siyasətimiz bizim milli maraqlarımıza əsaslanır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində deyib. Dövlətimizin başçısı bildirib ki, bütün dövlətlərlə sıx münasibətlərin qurulması bizim xarici siyasətimizin prioritetidir. Bu, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionumuzda sabitliyə yönəlmiş bir siyasətdir. Xarici siyasətimizin istiqamətlərinə gəldikdə, təbii ki, bizim təşəbbüslərimiz davam edib. Biz ənənəvi tərəfdaşlarımızla münasibətləri daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq. Prezident vurğulayıb ki, hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlər əsas prioritet təşkil edir. Bu baxımdan da bizim qonşularla münasibətlərimiz daha da güclənib. Biz səmərəli əməkdaşlıq mühiti yarada bilmişik, qonşularımızla qarşılıqlı hörmətə əsaslanan bir əməkdaşlıq növü qurmuşuq. Biz nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə sahələrində körpülər qurmağa nail ola bilmişik. Təbii ki, bu, bizim ənənəvi əməkdaşlığımızın sayəsində mümkün olub.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
19.05.2019
Daşkəsəndə 217 nəfər ödənişli ictimai işlərə cəlb olunub
19.05.2019
Sabunçu rayonunda mənzildə baş verən yanğın bir nəfərin ölümünə səbəb olub
18.05.2019
Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində yanğın baş verib
18.05.2019
90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info