VII Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirib
Tarix: 14.03.2019 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Birinci iclasda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ, Rusiya və Avropa İttifaqı” mövzusunda geniş müzakirələr aparılıb

Azərbaycan paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumu martın 14-də açılış mərasimindən sonra işini panel iclasları ilə davam etdirib. Forumun birinci panel iclası “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ, Rusiya və Avropa İttifaqı” mövzusuna həsr olunub. CNN-in aparıcısı, siyasi analitik Farid Zakariyanın moderatorluğu ilə keçən paneldə çıxış edən Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti Vu Hailonq Forumun təşkilinə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O deyib ki, Çinin iqtisadiyyatı son illər daha sürətlə inkişaf edir. Çinin Avropa İttifaqı ilə iqtisadi əlaqələri milyardlarla dollar dəyərindədir. ÇXR dünyaya sülh yayır və sabit iqtisadiyyatın inkişaf etdirilməsində maraqlıdır. Yeddinci Qlobal Forumun açılışında iştirakına və dərin məzmunlu nitqinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını çatdıran Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa keçmiş Sovet İttifaqının dağılmasından sonra digər dövlətlər kimi, Latviyanın da bir çox problemlərlə qarşılaşdığını deyib. Lakin Latviya xalqı bu çətinliklərə baxmayaraq, özünü toplamağı bacardı. Bu gün Latviya sabit iqtisadiyyata malik dövlətdir. Norveçin keçmiş Baş naziri Kyel Maqne Bondevik müasir Avropa cəmiyyətinin təşəkkülündən və bu proses zamanı qarşılaşdığı problemlərdən danışıb. Qeyd edib ki, Avropa İttifaqı bu problemlərin həlli istiqamətində mühüm addımlar atsa da, hələ də bəzi məsələlər öz həllini gözləyir. Bunun üçün isə Avropa ölkələri birlikdə fəaliyyət göstərməlidirlər. Kyel Maqne Bondevik VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb, tədbir çərçivəsində səmərəli müzakirələrin aparılacağına əmin olduğunu bildirib. Robert Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi ABŞ-ın dünyada sülhün təmin edilməsindəki rolu barədə fikirlərini paylaşıb. Qeyd edib ki, daha azad, daha çiçəklənən dünyanın qurulmasında Amerikanın xüsusi fəaliyyəti mövcuddur. Lakin bir dövlət bütün dünyada sülhü bərqərar edə bilməz. Buna görə də bu məsələdə bütün dövlətlərin səyi vacibdir. O, dünyada sülhün bərqərar olmasına Azərbaycan dövlətinin verdiyi töhfələrin ABŞ-da yüksək qiymətləndirildiyini qeyd edib. Belə bir mühüm tədbirdə iştirakına görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edən Avstriyanın keçmiş Federal Kansleri Verner Faymann deyib ki, insanlar kimi, dövlətlərin də fərqli demokratiya anlayışları var. Bu gün Avropa bütün dünyada demokratiya məkanı kimi tanınır. Lakin bununla kifayətlənmək olmaz. Çünki demokratiya daim üzərində işləməli, təkmilləşdirilməsi lazım olan amildir. İclas müzakirələrlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info