“Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi”
Tarix: 14.03.2019 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Beynəlxalq Muğam Mərkəzində 2019- cu il martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi ” mövzusunda elmi seminar keçiriləcək.
Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaradıb.
Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində 2009-cu ildə Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməklə Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır.
Xalq yaradıcılığının öyrənilməsi sahəsində Beynəlxalq Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən biri kimi bugünkü seminar mühüm kəsb edir. Qeyd edək ki, seminarda təqdim edilən elmi məruzələr Novruzun öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcək tədqiqatlar üçün yeni perspektivlər aça bilər.
Qeyd etmək lazımdır ki, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.
Seminarda aşağıdakı məruzələr dinləniləcək:
1. Giriş sözü: Nailə Rəhimbəyli-sənətşünaslıq üzrə elmlər doktoru, professor
2. Novruz ənənələri milli-mənəvi dəyərlərin sistemi kimi-filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy
3. Novruz çərşənbələrinin ritual mahiyyəti və fəlsəfəsi- filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli
4. Novruz türk dünyasında-filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat
5. Azərbaycan bəstəkarların yaradıcılıqlarında bahar mövzusu - əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova
6. Azərbaycan klassik ədəbiyyatımızda Novruz-filologiya üzrə elmlər doktoru Nizami Muradoğlu
7. Novruz poetik mətnlərdə-filologiya üzrə elmlər doktoru, professor Minaxanım Təkləli
8. Musiqi folklorunda Novruz-sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı olub
23.05.2019
Ukraynanın ən populyar yumoristik teleşousu Azərbaycanda açılacaq
23.05.2019
İsraildə Nəsiminin 650 illiyinə həsr olunmuş Beynəlxalq şeir müsabiqəsinə yekun vurulub
23.05.2019
Özbəkistanın əlyazmalar fondunda Nəsiminin əsərlərindən ibarət əlyazmalar müəyyən edilib
23.05.2019
“O olmasın, bu olsun”60-cı dəfə nümayiş olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info