Badamdar sakinləri üçün “Açıq mikrofon”
Tarix: 14.03.2019 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Səbail rayonunun Badamdar qəsəbəsində şəhid Cəmil Hasilovun adını daşıyan küçədəki 109, 109a, 110, 111,113, 115, 117,119 saylı binaların və Badamdar yolu, 95, 97, 99, 101,105,107 saylı binaların həyətlərində yeni istifadəyə verilmiş “Abad həyət”də Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Açıq mikrofon” formatında sakinlərlə görüşü keçirilib. Görüşdə qəsəbə sakinləri ilə yanaşı rayonun bütün xidmət sahələrinin, qəsəbədəki idarə və müəssisə rəhbərləri, ağsaqqallar, veteranlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunangörüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov son vaxtlar Prezident tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat verib,bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.
Eyni zamanda Səbail rayonunda və onun sürətlə inkişaf edən Badamdar qəsəbəsində həyata keçirilən sosial layihələr və digər işlər barədə danışılıb.
Müraciətlər əsasən su və kanalizasiya xətləri ilə bağlı, məhəllədaxili yolların işıqlandırılması, sahibsiz heyvanların yığışdırılması, fərdi evlərin sənədləşdirilməsi və s. olub.
Görüşdə 20-dən çox sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və həll edilməsi üçün yerindəcə tapşırıqlar verilib.
“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən qəsəbə sakinləri Səbail rayonunda, eyni zamanda, Badamdar qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
İndoneziyada ölkənin ilk metropoliten xətti açılıb
24.03.2019
Azərbaycan və Pakistan hərbi sahədə əməkdaşlığı inkişaf etdirəcək
24.03.2019
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019
Pensiyaçılara şad xəbər
24.03.2019
Dağıstanda kütləvi zəhərlənmə baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info