Azərbaycan-İran biznes forumu keçirilib
Tarix: 14.03.2019 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılması nəzəzrdə tutulur


Azərbaycanda səfərdə olan İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Sonra iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran nümayəndə heyəti ilə keçirilən görüşündə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit, turizm, investisiya, energetika, İKT və s. sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişafetdiyini, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini, iikitərəfli əməkdaşlığın inkişafına böyük önəm verdiklərini vurğulayıb.Qarşılıqlı hörmət və dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-İran əlaqələri son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və regional inkişafa öz töhfələrini verir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 74% artıb. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nümunəsi kimi Neftçala Sənaye Məhəlləsində birgə “Xəzər” avtomobil istehsalı zavodunu göstərmək olar. Qeyd olunub ki, zavodda istehsal olunan avtomobillərin artıq 95%-i satılıb. Bununla yanaşı, Pirallahı Sənaye Parkında “Caspian Pharmed” birgə əczaçılıq zavodu tikiləcək. Nazir diqqətə çatdırıb ki, Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılması nəzəzrdə tutulur.
İranla əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri nəqliyyat-tranzit sahəsində də uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb. Böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Belə ki, bu məqsədlə müvafiq hüququ baza yaradılıb. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.
Bu günlərdə açılışı həyata keçirilən və mühüm əhəmiyyətə malik Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindəndir. Uzunluğu 164 km olan Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox önəmli addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycan Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcəkdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamərində tədbirlər davam etdirilir. Qeyd olunub ki, 2018-ci ildə ötən illə müqayisədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb.
Bildirilib ki, Azərbaycan və İran energetika sahəsində də uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqlarına dair sazişlər imzalanıb, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. Azərbaycandan İrana elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.
İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd son illərdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün görülən işləri, Azərbaycan nümayəndə heyətinin bu ilin martında İrana səfərinin, keçirilən görüşlərin uğurlu olduğunu vurğulayıb, Bakıda keçiriləcək Dövlət Komissiyasının 13-cü iclasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olacağını qeyd edib. F.Dejpəsənd ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirərək, sənaye, energetika, kənd təsərrüfatı, səhiyyə, turizm, maliyyə və bank, sığorta, ticarət, gömrük və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, İranda birgə investisiyalı müəssisələrin yaradılması ölkələrimiz arasında əlaqələrin inkiişafına töhfə verə bilər. Sonra Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən turizm, sənaye, əczaçılıq, tikinti, ticarət, tekstil, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib. Biznes forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu, son illərdə ölkələrimiz arasında əlaqələrin ikitərəfli formatda, regional müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində sürətlə inkişaf etdiyini vurğulayıb. Təsadüfi deyildir ki, son 5 ildə ölkələrimiz arasında 25 biznes forum və işgüzar görüş təşkil edilib. Nazir Şahin Mustafayev hər iki ölkənin işgüzar dairələrini mövcud imkanlardan, sənaye parkları və məhəllələrində yaradılan əlverişli şəraitdən yararlanmağa və birgə layihələr həyata keçirməyə dəvət edib.
Fərhad Dejpəsənd ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, qarşılıqlı iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb. Fərhad Dejpəsənd İranın investisiya imkanları barədə məlumat verərək, Azərbaycanlı investorların bu imtiyazlardan və güzəştlərdən yararlanmasının, bir sıra sahələrdə, o cümlədən mədən sənayesi, turizm, kənd təsərrüfatı sahəsində birgə müəssisələrin təşkilinin faydalı olacağını qeyd edib.
Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədrinin müavini Hüseyn Pirmüəzzin müvafiq olaraq Azərbaycanın və İranın biznes və investisiya mühiti, Azərbaycan Turizm Bürosunun şöbə müdiri Sevinc Zeynallı isə Azərbaycanın turizm imkanları barədə təqdimatla çıxış ediblər. Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlığın artırılması imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb
19.05.2019
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19.05.2019
Ötən ay rabitə, poçt və kuryer xidmətlərinin qiymətləri dəyişməyib
18.05.2019
Moody`s: Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək
18.05.2019
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info