BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub
Tarix: 14.03.2019 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerlə görüşüb.
Görüşdə startap layihələrinin reallaşdırılması, Yevlaxda inşası davam etdirilən Ehtiyat Data Mərkəzi, yaradılması nəzərdə tutulan İnnovasiyalar Laboratoriyası və İnnovasiyalar Mərkəzi üzrə texniki və ekspert dəstəyi məsələləri müzakirə olunub. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən işlərə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən ixtisaslı ekspert dəstəyinin göstərilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə olduğu kimi, İKT sferasında da qarşılıqlı əlaqələrin genişləndiyini vurğulayıb.
Ölkəmizdə İKT sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələrdən söz açan nazir Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrə Birləşmiş Millətlər Təşkilatı tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib. Azərbaycanda İKT sahəsində həyata keçirilən uğurlu layihələrin vacibliyinə toxunan UNDP rəsmisi təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən xanım Eqqer ölkəmizlə uzunmüddətli tərəfdaşlığın faydalarından bəhs edib.
Daha sonra görüşdə İKT sahəsində əməkdaşlıq perspektivləri, eyni zamanda bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info