Prezidentin Rumıniyanın Baş nazirinin müavini ilə görüşü olub
Tarix: 14.03.2019 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçalla görüşü olub. AZƏRTAC xəbər verir ki, xanım Ana Birçal Rumıniya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, bu görüş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar və fürsətlər yaradır. O qeyd etdi ki, bu il Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi qeyd olunur. Dövlətimizin başçısı, öz növbəsində, onun salamlarının Rumıniyanın Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Prezident İlham Əliyev qeyd etdi ki, xanım Ana Birçalın Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafına verdiyi şəxsi töhfələr və dəstək ölkəmizdə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar var.
Ana Birçal bildirdi ki, keçən il hökumətlərarası müştərək komissiyanın iclası çox məhsuldar olub və bu komissiya ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm rol oyanır. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə toxunuldu və ölkələrimizin bir-birini dəstəkləməsi yüksək qiymətləndirildi. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edildi. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Rumıniyanın iştirakı məsələsinə də toxundu. Ana Birçal Rumıniyanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi dövrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsini yaxından dəstəklədiyini bildirdi.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
İndoneziyada ölkənin ilk metropoliten xətti açılıb
24.03.2019
Azərbaycan və Pakistan hərbi sahədə əməkdaşlığı inkişaf etdirəcək
24.03.2019
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019
Pensiyaçılara şad xəbər
24.03.2019
Dağıstanda kütləvi zəhərlənmə baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info