“İaşə müxalifəti” sosial şəbəkələrdə erməniləri müdafiə edir
Tarix: 14.03.2019 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Müxalifəti xalq, dövlətçilik əleyhinə fəaliyyət göstərməyə nə vadar edir?
Azərbaycan müxalifətinin dövlət, ümummilli maraqlar və ümumilikdə, xalq əleyhinə fəaliyyət göstərməsi dəfələrlə sübut olunub. Hətta indi müxalifətdə olanların böyük əksəriyyətinin 90-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatını hansı duruma salması, xaos yaradaraq, yürütdükləri yarıtmaz siyasət sayəsində torpaqlarımızın bir hissəsinin işğalına səbəb olmaları haqqında çox danışmaq olar. AXCP, Müsavat və digər bu kimi siyasi təşkilatların keçmişdəki və indiki fəaliyyətinin fonunda ənənəvi müxalifətin ardınca gedən xaricdəki “iaşə müxalifətinin” təmsilçiləri də eyni xətti götürüblər. Onlar da öz fəaliyyətlərində əvvəlkilər kimi siyasi səhvləri buraxmaqda davam edirlər. Avropaya min bir bəhanə və saxta sənədlərlə qaçan, siyasətdən uzaq olan bu mühacir gənclərin sosial şəbəkələrdəki zərərli və “zəhərli” fəaliyyətlərini izlədikcə, bu qənaətə gəlinir ki, hakimiyyətə deyil, məhz xalqa, dövlətçiliyə zərbə vurmağa çalışan bu qruplar heç də anarxiyanın tərəfdarı olan ənənəvi müxalifətdən seçilmirlər. Misal üçün, son günlər xaricdəki bəzi bəlli çevrələr tərəfindən antiazərbaycan fəaliyyətinin aktivləşməsi fonunda, ermənilərin maraqlarına xidmət edən gedişlər edilir. Məlum olduğu kimi, Leyla Yunusun erməni xalqı üçün “hədiyyə” sayılacaq açıqlaması, Xədicə İsmayılın 8 martda Bakıda qadın hüquqları ilə bağlı aksiya təşkil etməsi və orada aksiyaya aidiyyəti olmayan mövzuda -Milli Qəhrəman Mübariz İbrahimov haqqında nalayiq sözlərin işlənməsi cəmiyyətimizdə qıcıq yaratdı. Hələ “The Guardian” nəşrində Azərbayacanın, guya ermənilərə qarşı mədəni terror törətməsi ilə bağlı yazının dərci və keçmiş norveçli səfir Steynar Gilin sosial şəbəkələrdə bu məqalənin aktiv təbliğatını aparması və digər hadisələri də sadalasaq, bütün bunların vahid mərkəzdən idarə olunan proseslər olduğuna şübhələr birə-beş artar... Konkret olaraq, mühacir qrupların bu işlərə verdikləri “töhfəyə” gəldikdə isə Tural Sadıqlı adlı müxalifətçinin son günlər az qala erməniləri, Paşinyanı qəhrəman kimi təbliğ eləməsi, özünün ixtiyarında olan “Azad söz” adlı “Facebook” səhifəsində bu istiqamətdə aktivlik göstərməsi buna bariz nümunə sayıla bilər. Tural Sadıqlının, gah Paşinyanın Dağlıq Qarabağa getməsi ilə bağlı paylaşım edərək Azərbaycanın əleyhinə fikirlər işlətməsi, gah da canlı yayıma “hərbi ekspert” İsa Sadıkov kimi radikal düşüncəli, vaxtilə ordumuza zərbə vuran və siyasi mühacir həyatı seçib Avropada yaşayan birini çıxarması ermənilərin əlinə işləmək deyilsə, bəs nədir? İsa Sadıkov da təbii ki, dövlətimizi, ordumuzu, həmişə etdiyi kimi, aşağılayacaqdı, ermənilərin “qüdrətini” öyəcəkdi. Tural Sadıqlı “Azad söz” səhifəsində bu status və videmüsahibədən sonra isə ordumuz, Azərbaycan əleyhinə olan daha bir paylaşım edib. Heç bir fakta, konkret şəxsə söykənməyən bu və bunun kimi onlarla paylaşımların ilin günün bu vaxtı ictimailəşdirilməsinin arxasında nə durur? Ermənilərin dəyirmanına su tökmək, ordumuzun, guya acınacaqlı vəziyyətdə olmasını göstərmək... Halbuki bu, o ordudur ki, bir neçə gün öncə Ermənistanın özündə belə, qüdrətindən söz açıldı, “bizim qarşımızda kifayət qədər güclü, ən müasir silah- sursatlarla təmin olunmuş ordu dayanır” deyildi! İndi düşmənin belə, etiraf etdiyi qüdrəti, güclənmiş dövləti Tural kimiləri dezinformasiyalarla aşağılamağa çalışırlar. Əlbəttə, bütün bunlar qrantlara, erməni lobbilərinin rəğbətinin qazanmasına hesablanmış addımlarıdr. Yəqin çoxunuz Orduxanın ermənilərin qəbirlərimizi dağıtmamaları haqqında olan fikirlərini unutmamısınız. Onu da unutmamısınız ki, erməni mətbuatı dərhal ona istinad edib “tanınmış azərbaycanlı blogger” erməni həqiqətlərini dilə gətirdi” başlıqları ilə yazılar dərc etdilər. Qısası, bu gün Azərbaycan əleyhinə aktivləşən bəzi kampaniyalara ənənəvi müxalifətlə yanaşı, xaricdəki bəzi antimilli qüvvələrin də aktiv şəkildə qoşulmaları tsadüfi deyil. Erməni sevdası Orduxnları, Sadıqlıları və digər siyasətdən uzaq olan gəncləri o həddə gətirib çıxarıb ki, artıq sosial şəbəkələrdə aşkar şəildə və aktiv formada öz “dayıları”nın maraqarına xidmət edən paylaşımlar belə, etməkdən çəkinmirlər...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır
23.05.2019
Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
23.05.2019
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23.05.2019
Yohannes Kars: “Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir”
23.05.2019
Xədicə İsmayılın erməni sevgisi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info